Xəbərlər

2011-ci ilin may ayında transsərhəd və dağ çaylarında müşahidə olunan və iyun ayında gözlənilən sululuq

08 İyun 2011, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən may ayı üzrə çaylarda gözlənilən sululuğa dair verilmiş hidroloji proqnoz metodikaya uyğun olaraq özünü tam şəkildə, analoq metodu ilə hazırlanmış aylıq meteoroloji proqnoz isə temperatur üzrə 96, yağıntı üzrə 82, ümumilikdə 89 faiz özünü doğrultmuşdur.
Dünya təcrübəsində isə aylıq meteoroloji proqnozların özünü doğrultma faizi orta hesabla 60-70 faiz təşkil edir.
May ayı üçün verilmiş proqnoz və faktiki müşahidə olunan sululuq:
Transsərhəd çaylarda faktiki müşahidə olunan orta aylıq su sərfi və verilmiş su sərfi proqnozu:
Kür çayının Qıraqkəsəmən məntəqəsində faktiki müşahidə olunan orta aylıq su sərfi 813 m3/san (proqnoz 680-820 m3/san, çoxillik norma 664 m3/san); Araz çayının Qıvraq məntəqəsində faktiki müşahidə olunan orta aylıq su sərfi 425 m3/san (proqnoz 420-520 m3/san, çoxillik norma 399 m33/san); Qanıx çayının Əyriçay məntəqəsində faktiki müşahidə olunan orta aylıq su sərfi 292 m3/san (proqnoz 240-300 m3/san, çoxillik norma 192 m3/san) təşkil etmişdir.
Dağ çaylarında faktiki müşahidə olunan orta aylıq su sərfi və verilmiş su sərfi proqnozu:
Böyük Qafqazın Balakən-Şəki-Oğuz-Qəbələ bölgəsi çaylarında faktiki müşahidə olunan orta aylıq su sərfi 5,6 m3/san (proqnoz 4,5-5,9 m3/san, çoxillik norma 3,98-7,87 m3/san); Quba-Qusar-Xaçmaz bölgəsi çaylarında faktiki müşahidə olunan orta aylıq su sərfi 8,6 m3/san (proqnoz 6-16 m3/san, çoxillik norma 6,29-11,6 m3/san); Kiçik Qafqazın Daşkəsən-Gədəbəy bölgəsi çaylarında faktiki müşahidə olunan orta aylıq su sərfi 7,4 m3/san (proqnoz 5,5-12 m3/san, çoxillik norma 6,03-11,3 m3/san); Naxçıvan MR çaylarında faktiki müşahidə olunan orta aylıq su sərfi 8,77 m3/san (proqnoz 2-18 m3/san, çoxillik norma 3,1-17,9 m3/san) təşkil etmişdir.
May ayında Mingəçevir su anbarının səviyyəsi 76,79 metrdən 79,84 metrə qədər artmışdır (2010-cu il may ayının sonunda səviyyə 83,11 metr təşkil etmişdir).
İyun ayında gözlənilən meteoroloji şərait
Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, iyun ayında Respublika ərazisində yağıntıların və temperaturların normaya yaxın, lakin ayrı-ayrı bölgələrdə yağıntıların normadan nisbətən çox, temperaturların isə normadan 1-2 dərəcə artıq olacağı proqnozlaşdırılır.
İyun ayında gözlənilən sululuq
Transsərhəd çaylarda gözlənilən su sərfi proqnozu:
Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 450-580 m3/san (çoxillik norma 442 m3/san); Araz çayının Qıvraq məntəqəsində 140-200 m3/san (çoxillik norma 181 m3/san); Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 160-240 m3/san (çoxillik norma 178 m3/san) gözlənilir.
Dağ çaylarında gözlənilən su sərfi proqnozu:
Böyük Qafqazın Balakən-Şəki-Oğuz-Qəbələ bölgəsi çaylarında gözlənilən su sərfinin 4,5-8,5 m3/san (çoxillik norma 4,6-7,78 m3/san); Quba-Qusar-Xaçmaz bölgəsi çaylarında gözlənilən su sərfinin 8,0-18,0 m
3/san (çoxillik norma 7,67-15,2 m
3/san); Kiçik Qafqazın Daşkəsən-Gədəbəy bölgəsi çaylarında gözlənilən su sərfi 6,5-10,5 m3/san (çoxillik norma 7,05-9,87 m3/san); Naxçıvan MR çaylarında gözlənilən su sərfinin 1,5-8,0 m3/san (çoxillik norma 1,88-7,68 m3/san) təşkil edəcəyi proqnozlaşdırılır.
İyun ayının ayrı-ayrı günlərində temperaturun kəskin yüksəlməsi və yüksək dağlıq ərazilərdə qarın ərimə şiddətinin artması, eyni zamanda gözlənilən leysan xarakterli yağışlar nəticəsində, Böyük Qafqazın cənub-qərb yamacının (Kişçay, Şinçay, Talaçay, Kürmükçay, Balakənçay), şimal-şərq yamacının (Qusarçay, Qudyalçay, Vəlvələçay, Qaraçay), Kiçik Qafqazın (Gəncəçay, Kürəkçay, Zəyəmçay, Şəmkirçay, Qoşqarçay), Naxçıvan MR-nın (Naxçıvançay, Gilançay, Əlincəçay) çaylarından qısamüddətli daşqın və sellərin keçəcəyi gözlənilir.