Peyk vasitəsilə ceyranların hərəkəti izlənilir
21 Aprel 2011, 00:00
24 dekabr 2010-cu il tarixində Pirəkəşkül qəsəbəsi yaxınlığındakı Qobustan-Cəngiçay ərazisinə buraxılmış ilk ceyran sürüsünün hərəkətləri barədə gündə bir neçə dəfə peyk vasitəsilə məlumatlar alınır. Məlumatlar ceyranların boyunlarına bağlanmış xüsusi siqnalötürücü xalta vasitəsilə ötürülür.
19 aprel 2011-ci il tarixinə olan peyk məlumatlarına əsasən, hazırda ceyranlar balalama dövrünün yaxınlaşması ilə əlaqədar kiçik qruplar halında gəzir. Belə ki, onların əsas hissəsi Güzdək qəsəbəsinin sol tərəfindəki təpəlik ərazilərdə, digər hissəsi isə Abşeron rayonu ərazisində yerləşən Xüsusi Təhlükəsizlik Xidməti qoşunlarının təlim mərkəzinin ətrafında və Cəngi yolunun yaxınlığında müşahidə olunmuşdur. Hərəkət istiqamətlərindən asılı olaraq ceyranların quru ot və su ilə təminatı həyata keçirilir.
Ceyranların olduqları əraziyə dövlət təbiət yasaqlığı statusunun verilməsi məsələsi müəyyən səbəblərdən ləngidiyindən ərazidə mühafizə rejiminin təmin olunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin (Qobustan, Abşeron, Sumqayıt və Xızı inzibati rayonlarını əhatə edir) əməkdaşlarından ibarət qrup yaradılmışdır.
Ərazidə fəaliyyət göstərən fermer və çobanlardan reintroduksiya olunan ceyranların həyatı üçün təhlükə törədə biləcək hər hansı fəaliyyətdən çəkinmələrinə dair iltizamlar alınmış, həmçinin əraziyə maarifləndirici təbliğat lövhələri vurulmuşdur.
Bildiririk ki, “Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi çərçivəsində ceyranların tarixi ərazilərində məskunlaşdırılması işi 2011-ci ilin iyun ayından etibarən, yəni balalama dövrü bitdikdən sonra davam etdiriləcək.