Respublika çaylarında yaz-yay gursululuq dövrünün və daşqın hadisələrinin axım proqnozu hazırlanmışdır
13 Aprel 2011, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti (MHD) tərəfindən Respublikanın çaylarında aprel-iyun ayları üçün yaz gursululuğunun və daşqın hadisələrinin axım proqnozu hazırlanmışdır.
Hər il sistematik olaraq hazırlanan yaz gursululuğunun və çaylarda daşqın
hadisələrinin axım proqnozu əhaliyə, infrastruktur sahələrə dəyə biləcək ziyanların minimuma endirilməsində, müxtəlif məqsədlərlə sudan istifadədə, o cümlədən su anbarlarında səviyyənin tənzimlənməsində, enerji istehsalının, suvarmanın su təchizatının balanslı təşkil edilməsində böyük əhəmiyyətə malikdir.
MHD-nin əməkdaşları tərəfindən mart ayında respublikanın çay axımı formalaşan yüksək dağlıq ərazilərində və çayların axım proqnozunun tərtibində müstəsna əhəmiyyətə malik qarölçmə işləri tam başa çatdırılmışdır. Qarölçmə işləri Böyük Qafqazda 580-2920 metr yüksəklikləri əhatə etməklə 16, Kiçik Qafqazda 900-3000 metr yüksəklikləri əhatə etməklə 7, Naxçıvan MR-də isə 5 marşrut üzrə həyata keçirilmişdir. Aparılmış ekspedisiya işlərinin nəticəsi göstərir ki, respublikanın yüksək dağlıq çay hövzələrində 2011-ci ildə qar su ehtiyatı həm çoxillik norma, həm də 2010-cu il ilə müqayisədə daha çoxdur.
Bunu cədvəldə verilmiş rəqəmlərdən daha aydın görmək mümkündür.
Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu tərəfindən 2011-ci ilin yaz gursululuğunun, iri su anbarlarına gələn axımın, yüksək dağ çaylarının və transsərhəd çayların axım proqnozu hazırlanmışdır.
Aprel-iyun ayları üçün gursululuq dövrünün proqnozu:
Transsərhəd çaylar üzrə
Kür çayından Şəmkir su anbarına axımın normanın 105-122, Qanıx çayından Mingəçevir su anbarına axımın normanın 102-130, Araz çayından Araz su anbarına axımın isə normanın 101-117 faizini təşkil edəcəyi gözlənilir.
Respublikanın dağ çayları üzrə
Böyük Qafqazın şimal-şərq yamacı (Quba-Xaçmaz) çaylarında sululuğun normanın 110-122, cənub-qərb yamacı (Balakən-Şəki, Oğuz-Qəbələ) çaylarında 110-162, Kiçik Qafqaz (Daşkəsən-Gədəbəy) çaylarında 100-130, Naxçıvan MR çaylarında 90-113, Lənkəran-Astara bölgəsi çaylarında isə normanın 98-105 faizini təşkil edəcəyi gözlənilir.
Gursululuq dövrünün, xüsusən də aprel və may aylarının ayrı-ayrı günlərində temperaturun kəskin yüksəlməsi və yüksək dağlıq ərazilərdə qarın əriməsi, eyni zamanda gözlənilən leysan xarakterli yağışlar nəticəsində, Böyük Qafqazın cənub-qərb yamacının (Kişçay, Şinçay, Talaçay, Kürmükçay, Göyçay, Girdimançay), şimal-şərq yamacının (Qusarçay, Qudiyalçay, Vəlvələçay, Qaraçay), Kiçik Qafqazın (Gəncəçay, Kürəkçay, Zəyəmçay, Şəmkirçay, Qoşqarçay), Naxçıvan MR-in (Naxçıvançay, Cəhriçay, Gilançay, Əlincəçay) və Lənkaran-Astara bölgəsinin (Lənkərançay, Viləşçay, Astaraçay) çaylarından daşqın və sellərin keçəcəyi gözlənilir.
Əvvəlki illərdən fərqli olaraq aprel, may, iyun ayları üçün axım proqnozu temperatur və yağıntının normadan çox, normadan az və normaya yaxın halları üçün tərtib edilmişdir.
Ümumiyyətlə,
”¢ 2011-ci ildə respublikanın çay hövzələrinin dağlıq ərazilərində suvermə qabiliyyətinə malik qar su ehtiyatının 2010-cu ilə nisbətən 2-3 dəfə artıq olması Kürdə mümkün daşqının qarşısını almaq üçün ciddi faktordur.
”¢ 2011- ci ilin mart və aprel ayının 1-ci ongünlüyündə Kür və Araz çaylarında faktiki səviyyə göstəriciləri keçən ilin müvafiq dövrünə nisbətən müxtəlif məntəqələr üzrə 30-287 sm aşağıdır. Belə ki, 2011-ci ilin 11 aprel tarixində Kür çayının Qıraqkəsəmən məntəqəsində 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə səviyyə 30 sm, Kür çayının Salyan məntəqəsində isə 287 sm aşağı olmuşdur.
”¢ Mingəçevir və Araz su anbarlarında mövcud səviyyənin aşağı olması göstərir ki, (2010-cu ildə Mingəçevir su anbarında səviyyə 79,49 m, 2011-ci ildə 75,83 m; Araz su anbarında 2010-cu ildə səviyyə 777,09 m, 2011-ci ildə 773,23 m) hər iki su anbarında balanslaşdırılmış su yığımı aparılarsa, keçən ilə nisbətən Mingəçevir su anbarına 2, Araz su anbarına isə 8 dəfə çox su yığıla bilər;
”¢ Çay hövzələrinin dağlıq hissəsində qar ehtiyatının çox olması anomal temperatur artımında və davamlı yağışlar fonunda dağ çaylarında sel və daşqınların baş vermə ehtimalını artırır.