Nəsli kəsilmək təhlükəsi olan bəbiri qoruyaq
15 Aprel 2009, 00:00
Son zamanlar müxtəlif kütləvi informasiya vasitələrində yırtıcı heyvanların ev heyvanlarına, bəzən isə adamlara hücumlarından bəhs edilən məlumatlar yayılır. 09 aprel 2009-cu il tarixində bir sıra televiziya kanallarında Azərbaycanın “Qırmızı Kitab”ına daxil edilmiş bəbirin Cəlilabad rayonu ərazisində insanlara hücumundan bəhs edilmişdir.
Təəssüf ki, bu məlumat da şişirdilmiş və əhalidə Azərbaycanın nadir fauna növləri barədə daha bir qeyri adekvat fikir formalaşdırılmışdır. Qeyd edək ki, tarixən və aparılan elmi-tədqiqatların nəticələrinə əsasən bir sıra vəhşi heyvan növləri, o cümlədən bəbir insanlara çox nadir hallarda hücum edir. Yırtıcı heyvanların duyğu orqanları insandan daha güclü olduğundan, onlar insanı uzaqdan hiss edir və onunla qarşılaşmaqdan yayınırlar. Əksər hallarda isə bu hücumların səbəbkarı bilavasitə insanın davranışı və ya “təxribatı” olur. Adətən belə hallar insanın yırtıcıya uğursuz atəş açması nəticəsində baş verir. Yaralı heyvanlar uzun müddət keçdikdən sonra da təhlükəli olurlar. Belə ki, ov etmək qabiliyyətini itirmiş bu heyvanlar aqressivləşərək bəzi hallarda insana da hücum edirlər.
Nəticədə həmin heyvanlar insanlara aqressiv olaraq təqdim edilir və onların “ovuna” başlanılır. Məhz bu cür səbəblərdəndir ki, respublikamızın faunasına daxil olan bir çox vəhşi heyvan növlərinin nəsli artıq tükənmək təhlükəsindədir. Hal-hazırda bir sıra yırtıcı növlər ”“ bəbir, vaşaq, zolaqlı kaftar və otyeyən növlər bu təhlükə ilə üz-üzədir.
Sözügedən insidentlə əlaqədar isə müəyyən edilmişdir ki, yırtıcı heyvanın hücumunun səbəbkarı növbəti dəfə insan olmuşdur. Hətta şahidlərin dediklərinə və hücumun xüsusiyyətinə görə həmin yırtıcının bəbir olması da şübhə doğurur.
Bununla belə, məlumat dəqiqləşdirilmədən və təxirəsalınmadan kütləvi informasiya vasitələri tərəfindən əhaliyə çatdırılmış və bununla da ölkəmizin nadir bioloji sərvətlərindən olan bəbir növü haqqında daha bir yanlış təsəvvür yaradılmışdır.
Məlumat üçün bildiririk ki, Pişikkimilər fəsiləsinin nümayəndəsi olan bəbir dartılmış, əzələli, güclü, qamətli bədənə, dəyirmi, iri başa, uzun quyruğa və güclü ayaqlara malik heyvandır. Bədəninin uzunluğu (coğrafi arealından asılıdır) 91-180 sm, quyruğu 75-110 sm-dir. Çəkisi 32-40 (bəzən 100 kq) kq-dır. Erkək fərdlər dişi fərdlərdən 3 dəfə böyükdür. Xəzi sıx, yumşaq, solğun saman və ya sarı, yaxud boz-kürən-qonur rənglidir, bədəni, quyruğu və ayaqlarında kiçik və orta ölçülü halqaşəkilli qara ləkələr var. Ayaqlarının aşağı və içəri hissəsi ağ rəngdədir. Qışda xəzi daha sıx, uzun və parlaq olur. Bəbir çox cəld heyvandır, saatda 60 km-dən çox sürətlə qaça bilir. 6 metr sıçraya, 3 metrdən uzağa şaquli formada tullana bilir, suda yaxşı üzməyi bacarır.
Bəbirlər gecə heyvanlarıdır. Əsasən əhali məskunlaşan ərazilərə yaxın yerlərdə tək-tək yaşayır və gecələr ova çıxır. Lakin gündüz, əsasən də tutqun havalarda da ova çıxması halları qeydə alınmışdır. Bəbirlər təbiətdə zəif və xəstə heyvanları ovlamaqla xəstəliklərin qarşısının alınması və ekoloji tarazlığın qorunmasında xüsusi rol oynayır.
Azərbaycanda bəbirin keçmiş arealı Böyük və Kiçik Qafqazı, Alazan çayı vadisini, Talış və Araz çayının orta hissəsini (Naxçıvan MR), bu yaxınlara qədər isə Talışın Azərbaycan hissəsi daxil olmaqla, demək olar ki, bütün Kiçik Qafqazı əhatə edirdi. Daha sonra Azərbaycanda bəbirin arealı sürətlə kiçilməyə başladı. Hal-hazırda, bu növ yalnız Talış dağlarında (Lənkəran, Astara və Lerik rayonlarında), Zəngəzur (Kiçik Qafqazın cənub-şərq hissəsində (Zəngilan, Qubadlı rayonlarında)), Qarabağ və Naxçıvan dağlarında (Zəngəzur mahalının Naxçıvana aid olan hissəsində), son məlumata görə isə Acınohur ərazisində qeydə alınmışdır.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanmış Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 noyabr 2004-cü il tarixli 176 saylı Qərarı ilə təsdiq olunmuş “Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə Qaydaları və qeyri-qanuni heyvan ovuna cərimələr” haqqında Qərarın 3.1 maddəsinə əsasən 1 (bir) baş bəbirin ovlanmasına görə dəyən ziyanın miqdarı şərti maliyyə vahidinin 3000 (üç min) mislidir. Yəni, 1 (bir) baş bəbirin ovlanmasına görə cərimə 3300 (üç min üç yüz) manat təşkil edir. Əgər bu heyvan Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərində ovlanarsa, bu ziyan 2 və 3 qat ölçüdə hesablanır.
Nazirlik vətəndaşları nadir fauna növü olan bəbir və digər unikal bioloji sərvətlərin mühafizəsinə dəvət edir.