Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri (oktyabr ayının III ongünlüyü üçün)
03 Noyabr 2008, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə oktyabr ayının III ongünlüyü üçün növbəti monitorinq həyata keçirilmişdir. Monitorinqin nəticələrinə əsasən Kür çayının Gürcüstan ərazisindən transsərhəd çirklənməyə məruz qalan məntəqələrdə suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələrinin yol verilən qatılıq həddini (YVQH) dəfələrlə keçməsi müşahidə olunur.
Belə ki, Şıxlı-2 məntəqəsində və Ağstafaçayda suyun əsas çirkləndiricilərindən fenollar 2, mis birləşmələri 5 dəfə, Ağstafaçay su anbarında isə fenol və mis birləşmələri 2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Biogen maddəllər və ammonium ionları norma daxilində olsa da, nitrit ionları Kür çayının Şıxlı-2 məntəqəsində 1.8, Ağstafaçayın Qazax məntəqəsində 1.6, Ağstafaçay su anbarında isə 2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçmişdir. Buna səbəb Gürcüstan və Ermənistan ərazisindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət, heyvandarlıq və sənaye müəssisələrinin çirkab sularıdır.
Aparılan monitorinqin nəticələrinə görə Ermənistan ilə transsərhəd olan Araz çayında da mis və fenolun miqdarı normadan dəfələrlə artıq müşahidə olunmuşdur. Suyun əsas çirkləndiricilərindən olan fenollar çayın Horadiz və I Şahsevən məntəqələrində 3, Bəhramtəpə məntəqəsində 2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçmişdir. Mis birləşmələri isə Horadiz, I Şahsevən və Bəhramtəpə məntəqələrində 3 dəfə yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Biogen maddələrdən nitrat və ammonium ionları norma daxilində olsa da, nitrit ionları Araz çayının Horadiz məntəqəsində 1.2, Bəhramtəpədə 1.4, I Şahsevəndə 1.8 dəfə yol verilən qatılıq həddini (YVQH) keçmişdir. Bunun da əsas səbəbi Ermənistan ərazisindən axıdılan çirkab sulardır.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5.82-7.64 mq/l arasında dəyişərək norma daxilində olmuşdur.