İmtahan - Ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə qiymətləndiriciyə ixtisas attestatının verilməsi
06 Noyabr 2023, 16:15
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 noyabr tarixli 457 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə qiymətləndiricilərin ixtisas attestatının forması və attestatın verilməsi, qüvvədəolma müddətinin dayandırılması və ya onun ləğv edilməsi, eləcə də ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə qiymətləndiricilərin və ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə təşkilatların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi” Qaydasının təşkili ilə bağlı olaraq ixtisas attestatının verilməsi üçün keçiriləcək imtahanda iştirakla bağlı 6 dekabr tarixinədək aşağıda göstərilən sənədlərin təqdim olunması xahiş olunur.
Ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə qiymətləndiriciyə ixtisas attestatının verilməsi üçün tələb olunan sənədlər:
1. ƏMTQ üzrə təşkilatın vəsatəti;
2. ƏMTQ üzrə təşkilatın ƏMTQ üzrə qiymətləndirici kimi fəaliyyət göstərmək istəyən işçisinin ərizəsi;
3. həmin işçinin şəxsiyyət vəsiqəsinin surəti;
4. ƏMTQ üzrə təşkilatla həmin işçi arasında bağlanılmış əmək müqaviləsinin təsdiq edilmiş surəti;
5. işçinin müvafiq təhsili barədə dövlət sənədinin təsdiq edilmiş surəti;
6. işçinin əmək kitabçasının təsdiq edilmiş surəti.
Qeyd: İmtahanın keçirilmə tarixi və yeri barədə öncədən məlumat veriləcək.
(+994 12) 567 08 28
AZ1154, Bakı şəhəri, Heydər Əliyev prospekti 10