04 Mart 2026 Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı çərçivəsində görülmüş işlərin davamı olaraq birdəfəlik istifadə üçün nəzərdə tutulan bir sıra plastiklərin dövriyyəsinin məhdudlaşdırılması, onların təkrar emala cəlb edilməsi və alternativ materialların istehsalının stimullaşdırılması məqsədilə hazırlanmış normativ hüquqi akt layihələri barədə ictimaiyyətin məlumatlandırılması üçün ictimai müzakirə keçiriləcək. 03 Mart 2026 Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib. Nazirlik yanında İctimai Şuraya seçkilərin təşkili məqsədilə yaradılmış Seçki Komissiyası tərəfindən açıqlanmış səsvermənin nəticələrinə əsasən, namizədliyini irəli sürmüş 16 nəfərdən 11-i səs çoxluğu qazanaraq İctimai Şuraya üzv seçilib. 27 Fevral 2026 3 mart - Ümumdünya Vəhşi Təbiət Günü ilə əlaqədar Azərbaycanın milli parklarında “Açıq qapı” günü keçiriləcək. 12 Fevral 2026 “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş “İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuraya seçkilərin təşkili məqsədilə yaradılmış Seçki Komissiyası tərəfindən verilən elana əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvlüyünə namizədlərin qeydiyyatı prosesi başa çatıb.