Elanlar

1918-1920-ci illərdə nəşr olunmuş “Azərbaycan” qəzetinin tam külliyyatı 20 cilddə

09 Mart 2023

ADA Universitetinin tǝşǝbbüsü vǝ dǝstǝyi ilǝ Azǝrbaycan Xalq Cümhuriyyǝti Hökumǝtinin orqanı olan “Azǝrbaycan” qǝzetinin tam külliyyatı ǝrǝb qrafikalı ǝlifbadan latın qrafikalı müasir Azǝrbaycan ǝlifbasına köçürülǝrǝk, lüğǝt, izahlar, şǝrhlǝr vǝ adlar göstǝricisi ǝlavǝ edilmǝklǝ nǝşrǝ hazırlanmaqdadır. Bugünədək “Azərbaycan” qəzetinin (1918-1920) bir xüsusi buraxılışı və 5 nüsxəsi Azərbaycan əlifbasına köçürülmüşdür.

“Azǝrbaycan” qǝzetinin tam külliyyatı ǝrǝb qrafikalı ǝlifbadan latın qrafikalı müasir Azǝrbaycan ǝlifbasına köçürülmüş cildləri buradan oxuya bilərsiniz.