Kiçik Qızılağac Dövlət Təbiət Yasaqlığı

1978-ci ilin fevral ayında Lənkəran rayonu ərazisində, Kiçik Qızılağac körfəzinin orta və cənub hissəsində yaradılmışdır.

Yasaqlığın yaradılmasında əsas məqsəd buradakı su, bataqlıq və quru ərazilərində olan köçəri və oturaq quşları qorumaqdır. Ərazisi 309,110 hektardır.

Kiçik Qızılağac körfəzi balıqlarla zəngindir və çoxlu sayda köçəri və oturaq quşların məskənidir.

Yasaqlıqda quşlardan böyük batağan (Podiceps cristatus), ağqanad sterna (Chlidonias leucopterus), ağyanaq sterna (Chlidonias hybrida), adi caydaq cüllüt (Himantopus himantopus), kiçik ağ vağ (Egretta garzetta), böyük ağ vağ (Ardea alba), adi qaranaz (Plegadis falcinellus), adi dovdaq (Otis tarda), mərməri ördək (Marmaronetta angustirostris), ağquyruq dəniz qartalı (Haliaeetus albicilla), adi sultan quşu (Porphyrio porphyrio), adi ərsindimdik (Platalea leucorodia), qırmızıdöş qaz (Branta ruficollis) və s., məməlilərdən boz canavar (Canis lupus), adi tülkü (Vulpes vulpes), adi çaqqal (Canis aureus), qamışlıq pişiyi (Felis chaus), adi porsuq (Meles meles) və s. növlərə təsadüf edilir.