Faydalı Bölmələr

Atmosfer havası

Monitorinq sistemi

1.  Müşahidə şəbəkəsi

Ölkə üzrə atmosfer havasının çirklənməsinin monitorinqi ölkənin iri sənaye şəhərləri olan Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan, Lənkəran və Şəkidə fəaliyyət göstərən 25 müşahidə məntəqəsindən ibarətdir. Bu şəhərlərdə atmosfer havasında çirkləndiricilərin təyin edilməsi üçün gündə üç dəfə, 07:00, 13:00, 19:00 saatlarında nümunələr götürülərək, hər bir şəhərin sənaye profilinə uyğun olan aşağıdakı spesifik çirkləndiricilər üzrə kimyəvi analizlər aparılır:

 

 

Sənaye şəhərlərin profilinə uyğun olaraq təyin olunan spesifik çirkləndiricilər üzrə cədvəl

 

 

Sənaye şəhərləri

Bakı

Sumqayıt

Gəncə

Naxçıvan, Şəki və Lənkəran

Mingəçevir

1

toz

toz

toz

toz

 toz

2

kükürd qazı (SO2)

kükürd qazı (SO2)

kükürd qazı (SO2)

kükürd qazı (SO2)

kükürd qazı (SO2)

3

dəm qazı (CO)

dəm qazı (CO)

dəm qazı (CO)

dəm qazı (CO)

dəm qazı (CO)

4

azot dioksid (NO2)

azot dioksid (NO2)

azot dioksid (NO2)

azot dioksid (NO2)

azot dioksid (NO2)

5

 azot oksid (NO)

azot oksid (NO) 

azot oksid (NO)

 

azot oksid (NO)

6

həll olunan sulfatlar aerozolu (SO42-)

həll olunan sulfatlar aerozolu (SO42-)

həll olunan sulfatlar aerozolu (SO2-)

 

həll olunan sulfatlar aerozolu (SO2-)

7

bərk flüoridlər (F-)

bərk flüoridlər(F-)

bərk flüoridlər (F-)

 

Fenol (C6H5OH)

8

hidrogen flüorid (HF)

hidrogen flüorid 

(HF)

hidrogen flüorid (HF)

 

 

9

ammonyak (NH3)

ammonyak

(NH3)

hidrogen sulfid (H2S)

 

 

10

xlor (Cl2)

Xlor (Cl2)

sulfat turşusu aeroz olu (H2SO4)

 

 

11

his

Hidrogen xlorid (HCl)

 

 

 

12

sulfat turşusu aerozolu

(H2SO4)

 

 

 

 

13

formaldehid (CH2O)

 

 

 

 

14

furfurol (C4H3OxCHO)

 

 

 

 

15

hidrogen sulfide (H2S)

 

 

 

 

 

Atmosfer yağıntılarının tərkibində (yağış, qar) atmosfer havası ilə uzaq məsafələrə transsərhəd daşınan çirkləndiricilərin tərkibinin öyrənilməsi, onların ətraf mühitə təsirinin qiymətləndirilməsi və yağıntıların keyfiyyət göstəricilərinə nəzarətin həyata keçirilməsi məqsədilə ölkənin davamlı qar örtüyü olan yüksək dağlıq ərazilərində beş məntəqədə qarın kimyəvi tərkibi, 23 məntəqədə isə atmosfer yağıntılarının kimyəvi tərkibi üzərində müntəzəm monitorinq aparılır.

Atmosfer yağıntılarının tərkibində aşağıdakı keyfiyyət və çirkləndirici göstəricilər üzərində təyinatlar aparılır:

 

elektrik keçiriciliyi

hidrogen göstəricisi - pH

codluq

sulfat ionu (SO4-2)

nitrat  ionu (NO3-)

ammonium ionu NH4+

xlorid ionu (Cl-)

fosfatlar (PO43-)

hidrokarbonat ionu (HCO3)-

kalsium ionu (Ca2+)

maqnezium ionu (Mg2+)

 

2.  Qanunvericilik və metodologiya

Atmosfer havasının çirklənməsinin monitorinqi, Hidrometeorologiya fəaliyyəti haqqında», «Atmosfer havasınımühafizəsi haqqında», Azərbaycan Respublikasının Qanunları, bu qanunların icrası ilə əlaqədar hazırlanmış «Ətrafmühitvə təbii ehtiyatlarımonitorinqinin aparılması qaydaları  haqqında» Əsasnamə (Nazirlər Kabinetinin 1 iyul 2004-cü il tarixli, 90 saylı qərarı ilə təsdiq edilib) ilə həyata keçirilir. Bu sahədə dövlət nəzarətini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir. 

 

Atmosfer havasının çirklənmə vəziyyəti

1. İri sənaye şəhərlərinin çirklənmə vəziyyəti

Müntəzəm müşahidə nəticələrinin təhlili əsasında atmosfer havasının gündəlik  vəziyyəti təhlil olunur, atmosfer havasının faktiki vəziyyəti qiymətləndirilir və növbəti gün üçün gözlənilən çirklənmə vəziyyətinin proqnozu müvafiq metodikaya uyğun tərtib edilir, xüsusi bülletenlər hazırlanaraq respublikanın qərar qəbul edən şəxslərinə, dövlət və icra orqanlarına, KİV-ə təqdim olunur və internetdə yerləşdirilir.

Monitorinqin nəticələri göstərir ki, respublikanın iri sənaye şəhərlərində atmosfer havası bu şəhərlərdə fəaliyyət göstərən sənaye sahələrindən asılı olaraq, müxtəlif dərəcədə çirklənməyə məruz qalır. Bakı şəhəri üçün spesifik olan havanın çirkləndiricilərindən toz, dəm qazı, azot 4-oksid, his və furfurolun miqdarı ayrı-ayrı günlərdə yol verilən qatılıq həddini ötür. Sumqayıt şəhəri üzrə xlor, azot 4-oksid, hidrogen flüorid və digər spesifik çirkləndiricilərin miqdarı normadan artıq müşahidə edilib. Gəncə şəhərində zərərli maddələrdən yalnız hidrogen flüoridin miqdarı normanı ötür. Naxçıvan, Şəki, Mingəçevir və Lənkəran şəhərlərinin atmosfer havasının çirklənməyə məruz qalmadığı müşahidə edilib.

 

Respublika üzrə atmosfer havasına atılan tullantıların miqdarı min tonla (2000-2016-cı illər)

2016-cı ildə atmosfer havasına atılan tullantıların mənbələr üzrə 

 

 

2.Atmosfer yağıntılarının çirklənmə vəziyyəti

Respublikamızın ərazisində atmosfer yağıntılarının kimyəvi tərkibi üzrə müşahidələr hər ay 23 məntəqədə aparılır.

Atmosfer yağıntılarının tərkibində 11 kimyəvi göstərici-sulfatlar (SO42-), nitratlar (NO3-), ammonium ionu (NH4+), xlorid ionu (Cl-), fosfatlar (PO43-), hidrokarbonatlar (HCO3), kalsium ionu (Ca2+), maqnezium ionu (Mg2+), elektrik keçiriciliyi, codluq və hidrogen göstəricisi (pH) təyin edilir.

Kimyəvi tərkib mövsümi dəyişmələrə məruz qaldığı üçün qarışıqların qatılıqlarının miqdarı cari ilə görə orta qiymətlə hesablanır.

 

Atmosfer yağıntılarının tərkibində olan qarışıqların qatılığının ümumi orta illik miqdarı üzrə müşahidə məntəqələri 2 qrupa ayrılır:

I  qrupa

İonların miqdarı

∑ ≤ 100 mq/l olan müşahidə məntəqələri

Qarışıqların qatılığı nisbətən az olan məntəqələr- Biləsuvar, Qobustan, Gəncə, Ağstafa, Qırız, Qəbələ, Xaçmaz, Neftçala, Şahdağ, Zaqatala, Şəki, Lənkəran, Damarçın, Daşkəsən, Kəlvəz, Sabirabad, Mingəçevir, Zərdab aiddir. Bu qrup məntəqələrdə ionların qatılıqlarının ümumi miqdarı 42,7-97,7 mq/l-dir.

II qrupa

İonların miqdarı

∑ 100 mq/l  - 200mq / l

olan müşahidə məntəqələri

Qarışıqların qatılığı nisbətən çox olan məntəqələr- Bakı, Sumqayıt, Pirallahı və Quba məntəqələri aid edilib. Bu qrup məntəqələrdə ionların qatılıqlarının ümumi miqdarı 100,8-142,5 mq/l-dir.

 

Müşahidələrin nəticələrinə görə Respublika üzrə il ərzində orta hesabla   atmosfer yağıntılarının kimyəvi tərkibinin  19.6 %-ni xlorid,  44.3 %-ni hidrokarbonat, 12.1  %-ni sulfat, 14.9 %-ni kalsium,  4.3 %-ni maqnezium,  3.5 %-ni nitrat,  1.1 %-ni ammonium və 0.2 %-ni fosfat ionları təşkil edib.