Xidmətin məzmunu : Bu xidmət mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların (ozondağıdıcı maddələr və tərkibində belə maddələr olan məhsullar) dövriyyəsinə icazə verilməsini əhatə edir.
Xidmətin aid olduğu təsnifat : Ekologiya, ətraf mühitdən istifadə və təbii sərvətlər
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi
Xidmətin hüquqi əsası :
- "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi;
- Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 mart tarixli 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə"nin 3.0.36 cı bəndi.
- Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 mart tarixli Fərmanı ilə təsdiq edilmiş Dövlət Ekoloji Ekspertiza Agentliyinin Nizamnaməsinin 3.1.6-cı yarımbəndi
- Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi Qaydaları";
- Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı"nın 10-cu hissəsi;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 8 may tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş "Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün tələb olunan əlavə Şərtlər"in 11-ci hissəsi;
- Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2013-cü il "17" aprel tarixli 01-Q nömrəli Qərarı ilə təsdiq edilmiş "Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların (ozondağıdıcı maddələr və tərkibində belə maddələr olan məhsullar) dövriyyəsinə xüsusi icazə verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament".
-"Lisenziyalar və icazələr" haqqında Azərbaycan Respublikasının Qanununun 3 nömrəli əlavəsinin 10-cu bəndi.
Xidmətin həyata keçirilmə formaları :
- Elektron müraciət və nəticənin ənənəvi məlumat daşıyıcısında təqdim olunması
- Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
- Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
- E-poçt vasitəsilə məlumatlandırma
- Faks vasitəsilə məlumatlandırma
- Poçt xidməti vasitəsilə məlumatlandırma
- Şəxsi kabinet vasitəsilə məlumatlandırma
- Telefon vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
Müraciət etmiş şəxslərə mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların (ozondağıdıcı maddələr və tərkibində belə maddələr olan məhsullar) dövriyyəsinə xüsusi icazə verilir
Xidmət istifadəçisi barədə məlumat :
- Dövlət orqanları
- Fiziki şəxslər
- Hüquqi şəxslər
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 7 iş günü
Ödənişsiz : Xidmət ödənişsiz həyata keçirilir
Ödənişin hüquqi əsası : Xidmətin həyata keçirilməsi üçün ödəniş tələb olunmur.
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Günlər : |
Real vaxt rejimi: |
Bazar ertəsi - Cümə günləri. |
"ASAN xidmət" mərkəzlərində həftənin 1-5-ci günləri |
İşin başlama vaxtı : |
09:30 |
09:30 |
09:00 |
İşin sona çatma vaxtı : |
18:30 |
18:30 |
18:00 |
Fasilənin başlama vaxtı : |
13:00 |
13:00 |
|
Fasilənin sona çatma vaxtı : |
14:00 |
14:00 |
|
Xidmətin göstərilmə yeri :
- Bakı şəhəri, Heydər Əliyev prospekti 10 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi sənədlərin qəbulu mərkəzi
- 5 sayli ASAN Xidmət Mərkəzi (Bakı şəhəri, Heydər Əliyev prospekti, 115).
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
- "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə əsasən ərizəçi nəzərdə tutulan və işin həlli üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədiyi halda;
- Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi Qaydaları"nın 2.4-cü bəndinə və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2013-cü il "17" aprel tarixli 01-Q nömrəli Qərarı ilə təsdiq edilmiş "Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların (ozondağıdıcı maddələr və tərkibində belə maddələr olan məhsullar) dövriyyəsinə xüsusi icazə verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament"in 3.3.1-ci yarımbəndinə əsasən istifadəçi tərəfindən təqdim olunmuş sənədlərdə çatışmazlıqlar (ərizə formasının tam doldurulmaması, tələb edilən sənədlərdən birinin və ya bir neçəsinin ərizəyə əlavə olunmaması) aşkar edildikdə sorğunun yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbləri barədə ərizəçinin elektron poçtuna dərhal məlumat göndərilir.
Xidmətin göstərilməsindən imtina istifadəçinin mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların (ozondağıdıcı maddələr və tərkibində belə maddələr olan məhsullar) dövriyyəsinə xüsusi icazə verilməsi ilə bağlı yenidən müraciət etməsinə mane olmur.
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
Qəza vəziyyətinin qarşısını almaq üçün müvafiq tədbirlər proqramı
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya surəti (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
İstifadəçi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamə
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya surəti (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
Xüsusi icazəsi olan əşyanın istifadə müddəti qurtardıqdan sonra tərkibindəki ozondağıdıcı maddənin hansı metodla utilizə edilməsi haqqında arayış
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya surəti (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
Tərkibində ozondağıdıcı maddə olan əşyaların dövriyyəsinə xüsusi icazə alan şəxslər tərəfindən əşyanın tərkibində Monreal Protokolu ilə dövriyyəsi qadağan edilmiş ozondağıdıcı maddənin olmaması haqqında təqdim edilən arayış
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya surəti (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
Monreal Protokolu ilə dövriyyəsinə qadağa qoyulmayan ozondağıdıcı maddələrin miqdarının həmin Protokolla müəyyən edilmiş həddi aşmaması barədə arayış
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya surəti (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
İstifadəçi hüquqi şəxs olduqda dövlət qeydiyyatı haqqında şəhadətnamə
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya surəti (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
Mütəxəssislərin müvafiq ixtisasa malik və sağlam olmaları haqqında sənədlər
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya surəti (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
Ərizə
- Elektron formada (xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
Ödənilmə üsulları :
Xidmət ödənişsizdir
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
İstifadəçilər xidmətdən istifadə etmək üçün kağız üzərində tərtib edilmiş ərizə ilə xidmətin göstərilmə yerinə və ya elektron ərizə ilə xidmətin elektron təqdim edildiyi rəsmi internet informasiya ehtiyatına (http://e-xidmet.eco.gov.az) müraciət edə bilər. Müraciət qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"a uyğun olaraq dərhal qeydiyyata alınır və baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Ekspertiza Agentliyinə ünvanlanır. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, ərizəçiyə 3 gündən gec olmayaraq təqdim edilmiş sənədlərdə olan çatışmazlıqlar konkret göstərilməklə yazılı məlumat verilir. Ərizəçi təqdim etdiyi sənədlərdəki çatışmazlıqları aradan qaldırdıqdan və sənədləri təkrar təqdim etdikdən sonra, onlara 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda xüsusi icazə verilməsi barədə qərar qəbul edilir və xüsusi icazə blankı rəsmiləşdirilərək birbaşa və ya poçt rabitəsi vasitəsilə istifadəçiyə təqdim olunur, həmçinin skan edilməklə elektron formada istifadəçiyə göndərilir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
İstifadəçilər xüsusi razılığın verilməsinə dair qəbul edilmiş qərarlardan və vəzifəli şəxslərin hərəkətlərindən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. Şikayət ərizəsi "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
"Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi
Xidmətin elektronlaşma səviyyəsi : Qismən elektronlaşdırılıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi : Qismən avtomatlaşdırılıb
Xidmətin elektron ünvanı : https://e-xidmet.eco.gov.az/index.php?lang=az§ionid=17