Xidmətin məzmunu :Bu xidmət mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi və fiziki şəxslər tərəfindən idxal, ixrac, təkrar ixrac və istifadə edilən meteoroloji, hidroloji, okeanoqrafik, aqrometeoroloji cihaz və qurğuların yoxlanılması, attestasiyadan keçirilməsi və sertifikatlaşdırılmasını əhatə edir.
Xidmətin aid olduğu təsnifat :
Ekologiya, ətraf mühitdən istifadə və təbii sərvətlər
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
Xidmətin hüquqi əsası :
- "Hidrometeorologiya fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 2-ci hissəsi;
- Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə"nin 10.79-cu bəndi;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 1 iyul tarixli 393 nömrəli qərarı ilə təsdiq edilmiş "Milli sertifikatlaşdırma sistemi haqqında Əsasnamə";
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 oktyabr tarixli 205 nömrəli Qərarı ilə təsdiq edilmiş "Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə ölçmə vasitələrinin yoxlanılması və məlumatların sertifikatlaşdırılması Qaydası".
Xidmətin həyata keçirilmə formaları :
- Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
- Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
- E-poçt vasitəsilə məlumatlandırma
- Faks vasitəsilə məlumatlandırma
- Poçt xidməti vasitəsilə məlumatlandırma
- Telefon vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
Cihaz və qurğuların yoxlanılması nəticəsində sertifikat verilir
Xidmət istifadəçisi barədə məlumat :
- Fiziki şəxslər
- Hüquqi şəxslər
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 45 gün
Rüsum : 20 AZN
Xidmət haqqı : Xidmət haqqı yoxdur
Ödənişin hüquqi əsası : "Dövlət rüsumu" haqqında Azərbaycan Respublikası Qanununun 30.4-cü maddəsi
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Günlər : |
Həftənin 1-5-ci günləri |
İşin başlama vaxtı : |
09:00:00 |
İşin sona çatma vaxtı : |
18:00:00 |
Fasilənin başlama vaxtı : |
13:00:00 |
Fasilənin sona çatma vaxtı : |
14:00:00 |
Xidmətin göstərilmə yeri :
Bakı şəhəri, Heydər Əliyev prospekti 10 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi sənədlərin qəbulu mərkəzi
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
- "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə əsasən ərizəçi nəzərdə tutulan və işin həlli üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədiyi halda;
- Həyata keçirilmiş yoxlama nəticəsində cihaz və qurğuların standartlara uyğun olmadığı aşkar edildikdə.
Xidmətin göstərilməsindən imtina edilməsi xidmət istifadəçisinin yenidən müraciət etməsinə mane olmur.
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
Dövlət rüsumunun ödənilməsi haqqında sənəd (sertifikatın verilməsindən imtina edilmədiyi halda)
- Sənədin əsli
Sifarişçi hüquqi şəxs olduqda dövlət qeydiyyatı haqqında şəhadətnamə
- Sənədin surəti (kağız formada)
Sifarişçi hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarış
- Sənədin surəti (kağız formada)
Cihaz və qurğuların alqı-satqı müqaviləsi
- Sənədin surəti (kağız formada)
Sifarişçi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamə
- Sənədin surəti (kağız formada)
Ərizə
- Sənədin əsli
Ödənilmə üsulları :
Bank vasitəsi ilə
Xüsusi ödəmə terminalı
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
İstifadəçilər xidmətdən istifadə etmək üçün kağız üzərində tərtib edilmiş ərizə ilə xidmətin göstərilmə yerinə müraciət edə bilər. Daxil olan müraciətlər Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"a uyğun qəbul edildikdən sonra qeydə alınır və aidiyyəti struktur bölməyə icra edilmək üçün göndərilir. Daxil olan müraciət araşdırılır. Təqdim olunmuş sənədlərdə imtina üçün əsas olan çatışmazlıqlar aşkar edildiyi halda müraciətin icrasından imtina edilir və onların 15 iş gün müddətində aradan qaldırılması barədə istifadəçiyə məlumat verilir. Qeydiyyatdan imtina halları aşkar edilmədikdə, o cümlədən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra təkrar müraciət edilən zaman imtina halları aşkar edilmədikdə ölçmə vasitələrinin yoxlanılması üçün aidiyyəti quruma məlumat verilir. Ölçmə vasitələrinin yoxlanılması və məlumatların sertifikatlaşdırılması Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən verilmiş akkreditasiya attestatı əsasında aparılır. Müəyyən edilmiş qaydada yoxlama keçirildikdən sonra imtina halları aşkar edilmədikdə sertifikat verilir.
Qeyd: Xidmətin göstərilməsi üçün tələb edilən sənədlərin siyahısı normativ hüquqi aktlarda dəqiq müəyyən edilməmişdir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
İstifadəçilər xidmətin göstərilməsindən imtina edilməsindən və ya vəzifəli şəxslərin hərəkətlərindən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə inzibati qaydada şikayət verə bilər. Şikayət ərizəsi "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi : Elektronlaşdırılmayıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi : Avtomatlaşdırılmayıb