Dövlət Xidmətləri

Zooloji kolleksiyaların yaradılmasına, zənginləşdirilməsinə, onlarla ticarətə, habelə Azərbaycan Respublikasına gətirilməsinə, onun hüdudlarından kənara göndərilməsinə və aparılmasına icazənin verilməsi


Xidmətin məzmunu : Bu xidmət heyvanların təbii mühitdən görülməsi yolu ilə fiziki və hüquqi şəxslər tərəfindən zooloji kolleksiyaların yaradılmasına və bunların zənginləşdirilməsinə icazə verilməsini əhatə edir.

Xidmətin aid olduğu təsnifat :
Ekologiya, ətraf mühitdən istifadə və təbii sərvətlər

Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti

Xidmətin hüquqi əsası :
- "Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikası Qanununun 34-cü maddəsi;
- "Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 294 nömrəli Fərmanının 2-ci bəndin altıncı abzası;
- Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə"nin 11.20-ci bəndi;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 13 iyul tarixli, 117 nömrəli Qərarı ilə təsdiq edilmiş "Zooloji kolleksiyaların yaradılması, zənginləşdirilməsi, saxlanması, istifadəsi, dövlət uçotuna alınması, onlarla ticarət, habelə Azərbaycan Respublikasına gətirilməsi, onun hüdudlarından kənara göndərilməsi və aparılması Qaydaları".

Xidmətin həyata keçirilmə formaları :
Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması

Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • E-poçt vasitəsilə məlumatlandırma
  • Faks vasitəsilə məlumatlandırma
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
  • Telefon vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
Heyvanların təbii mühitdən görülməsi yolu ilə fiziki və hüquqi şəxslər tərəfindən zooloji kolleksiyaların yaradılmasına və bunların zənginləşdirilməsinə icazə verilir

Xidmət istifadəçisi barədə məlumat :
  • Fiziki şəxslər
  • Hüquqi şəxslər
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :

Müddət (Məbləğ) :
        30 gün

Ödənişsiz
:         Xidmət ödənişsiz həyata keçirilir

Ödənişin hüquqi əsası :                Xidmət ödənişsiz olaraq həyata keçirilir

Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :

Günlər :

Həftənin 1-5-ci günləri

İşin başlama vaxtı :

09:00:00

İşin sona çatma vaxtı :

18:00:00

Fasilənin başlama vaxtı :

13:00:00

Fasilənin sona çatma vaxtı :

14:00:00


Xidmətin göstərilmə yeri :
Bakı şəhəri, Heydər Əliyev prospekti 10 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi sənədlərin qəbulu mərkəzi

Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
- "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə əsasən ərizəçi nəzərdə tutulan və işin həlli üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədiyi halda;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 13 iyul tarixli, 117 nömrəli Qərarı ilə təsdiq edilmiş "Zooloji kolleksiyaların yaradılması, zənginləşdirilməsi, saxlanması, istifadəsi, dövlət uçotuna alınması, onlarla ticarət, habelə Azərbaycan Respublikasına gətirilməsi, onun hüdudlarından kənara göndərilməsi və aparılması Qaydaları" III bölməsinin 2-ci bəndinə əsasən xüsusi təbii mühafizə (Azərbaycan Respublikasının «Qırmızı Kitabı»na daxil edilməmiş, lakin kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna növlərindən), elmi (relikt və endemik) və estetik (ərazi üçün xas olan oxuyan və bəzəkli) dəyərli heyvanlar aləmi obyektlərindən, habelə Azərbaycan Respublikasının «Qırmızı Kitabı»na daxil edilmiş heyvan növlərindən (qeyri-sərbəst şəraitdə yetişdirilmiş (alınmış) və ya Azərbaycan Respublikasının hüdudlarından kənarda qanunvericiliklə nəzərdə tutulmuş qaydada əldə edilmiş heyvan növlərindən başqa) bələdiyyələr və ya xüsusi mülkiyyətçilər tərəfindən zooloji kolleksiyaların yaradılması halında.
Xidmətin göstərilməsindən imtina edilməsi xidmət istifadəçisinin yenidən müraciət etməsinə mane olmur.

Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
Kolleksiyaya daxil olan obyektlərin, kolleksiya materiallarının siyahısı, sayı və qanuni əldə edilməsi barədə sənəd
- Sənədin əsli
Ərizə (zooloji kolleksiyanın yaradılmasının və zənginləşdirilməsinin məqsədi, heyvanların növü, miqdarı, saxlanılması üçün müvafiq şəraitin olması barədə məlumatlar qeyd edilməlidir)
- Sənədin əsli
Elmi, mədəni-maarif, təlim-tərbiyə və estetik dəyərə malik olması barədə zooloji kolleksiyalar üzrə ekspert qrupunun rəyi
- Sənədin əsli
Kolleksiyanın mülkiyyətçisinə (sahibinə) məxsus olmasını təsdiq edən sənəd
- Sənədin əsli

Ödənilmə üsulları :
Xidmət ödənişsizdir

Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
İstifadəçilər xidmətdən istifadə etmək üçün kağız üzərində tərtib edilmiş ərizə ilə xidmətin göstərilmə yerinə müraciət edə bilər. Müraciətlər Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"a uyğun qəbul edildikdən sonra qeydə alınır və aidiyyəti struktur bölməyə icra edilməsi üçün göndərilir. Təqdim olunmuş sənədlərdə imtina üçün əsas olan çatışmazlıqlar aşkar edildiyi halda sorğunun icrasından imtina edilir və onların 15 iş gün müddətində aradan qaldırılması barədə istifadəçiyə məlumat verilir. Qeydiyyatdan imtina halları aşkar edilmədikdə, o cümlədən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra təkrar müraciət edilən zaman imtina halları aşkar edilmədikdə zooloji kolleksiyaların yaradılmasına və bunların zənginləşdirilməsinə dair icazə verilir.
Ovçular tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ovlanmış ov heyvanlarından (ov qənimətlərindən) zooloji kolleksiyaların yaradılmasına icazə tələb olunmur.

Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
İstifadəçilər xidmətin göstərilməsindən imtina edilməsindən və ya vəzifəli şəxslərin hərəkətlərindən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə inzibati qaydada şikayət verə bilər. Şikayət ərizəsi "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.

Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :

Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :

Xidmətin elektronlaşma səviyyəsi :
Qismən elektronlaşdırılıb

Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
Qismən avtomatlaşdırılıb

Xidmətin elektron ünvanı :
https://e-xidmet.eco.gov.az/index.php?lang=az&sectionid=81