Xidmətin məzmunu :Bu xidmət balıq və digər su bioresurslarının sənaye ovu üçün balıqovlama biletlərinin verilməsini əhatə edir.
Xidmətin aid olduğu təsnifat : Ekologiya, ətraf mühitdən istifadə və təbii sərvətlər
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti
Xidmətin hüquqi əsası :
- "Balıqçılıq haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi;
- "Balıqçılıq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2014-cü il 27 iyun tarixli 1015-IVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 avqust tarixli 243 nömrəli Fərmanının 3.3-cü bəndi;
- Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə"nin 11.18-ci bəndi;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 2 iyun tarixli 243 nömrəli Qərarı ilə təsdiq edilmiş "Balıq və digər su bioresursları ovunun Qaydaları"nın 2-ci və 5-ci bəndləri;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 sentyabr tarixli 146 nömrəli Qərarı ilə təsdiq edilmiş "Balıq ehtiyatlarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni balıq ovuna cərimələr"in 4-cü bəndi;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 sentyabr tarixli 146 nömrəli Qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasında balıq ehtiyatlarından istifadə haqqı və qaydaları";
- Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2013-cü il "17" aprel tarixli 01-Q nömrəli Qərarı ilə təsdiq edilmiş "Sənaye balıq ovu üçün balıqovlama biletlərinin verilməsi məqsədi ilə müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament".
Xidmətin həyata keçirilmə formaları :
- Elektron müraciət və nəticənin ənənəvi məlumat daşıyıcısında təqdim olunması
- Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
- Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
- E-poçt vasitəsilə məlumatlandırma
- Faks vasitəsilə məlumatlandırma
- Poçt xidməti vasitəsilə məlumatlandırma
- Telefon vasitəsilə məlumatlandırma
- Veb sayt vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
Fiziki və hüquqi şəxslərə balıq və digər su bioresurslarının sənaye ovu üçün balıqovlama biletləri verilir
Xidmət istifadəçisi barədə məlumat :
- Fiziki şəxslər
- Hüquqi şəxslər
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 5 gün
Ödənişsiz : Xidmət ödənişsiz həyata keçirilir
Ödənişlə bağlı qeyd : Balıq və digər su bioresurslarından sənaye məqsədləri ilə istifadə ödənişlidir və sifariş verilən balıq və digər su bioresursunun növündən və çəkisindən asılı olaraq müəyyən edilir. Balıqçılıq subyektinin kvota ayrılması və balıqovlama biletinin verilməsi ilə bağlı ərizəsinə cavabda ödəniləcək məbləğ və bank rekvizitləri qeyd edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 18.55-2-ci maddəsinə əsasən hər balıqovlama biletinin verilməsinə görə 25 manat dövlət rüsumunun ödənilməsi müəyyən edilmişdir. Ödəniş qəbzləri təqdim edildikdən sonra ərizəçiyə balıqovlama bileti (biletləri) verilir. № Balıq növləri Аzərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri üçün Хarici dövlətlərin hüquqi və fiziki şəxsləri üçün 1 ton balıq və ya 1 ədəd suitinin ödəniş qiyməti (manatla) 1 ton balıq və ya 1 ədəd suitinin ödəniş qiyməti (manatla) 1 Кilkə 20,00 40,00 2 Siyənək 50,00 100,00 3 Кеfal 40,00 80,00 4 Çapaq 40,00 80,00 5 Кülmə 40,00 80,00 6 Çəki 80,00 120,00 7 Хəşəm 100,00 200,00 8 Sıf 80,00 160,00 9 Кütüm 100,00 200,00 10 Şamayı 100,00 200,00 11 Qarasol 40,00 -- 12 Qızılbalıqlar -- -- 13 Хərçəngkimilər 100,00 200,00 14 Bölgə -- -- 15 Nərə -- -- 16 Uzunburun -- -- 17 Digər balıq növləri 40,00 80,00 18 Suiti -- --
Ödənişin hüquqi əsası : Balıq və digər su bioresurslarının sənaye ovu ilə bağlı- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 sentyabr tarixli 146 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni balıq ovuna cərimələr” və 1999-cu il 6 sentyabr tarixli 146 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasında balıq və digər su bioresurslarından istifadə haqqı və qaydalarının 4-cü bəndləri; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 18.55-2-ci maddəsi.
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Günlər : |
Real vaxt rejimi: |
Bazar ertəsi - Cümə günləri. |
İşin başlama vaxtı : |
00:00:00 |
09:00:00 |
İşin sona çatma vaxtı : |
00:00:00 |
18:00:00 |
Fasilənin başlama vaxtı : |
00:00:00 |
13:00:00 |
Fasilənin sona çatma vaxtı : |
00:00:00 |
14:00:00 |
Xidmətin göstərilmə yeri :
Bakı şəhəri, Heydər Əliyev prospekti 10 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi sənədlərin qəbulu mərkəzi
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
- "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə əsasən ərizəçi nəzərdə tutulan və işin həlli üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədiyi halda;
- Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2013-cü il "17" aprel tarixli 01-Q nömrəli Qərarı ilə təsdiq edilmiş "Sənaye balıq ovu üçün balıqovlama biletlərinin verilməsi məqsədi ilə müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament"in 3.3.1-ci yarımbəndinə əsasən istifadəçi tərəfindən təqdim olunmuş sənədlərdə çatışmazlıqlar (ərizə formasının tam doldurulmaması, tələb edilən sənədlərdən birinin və ya bir neçəsinin ərizəyə əlavə olunmaması) aşkar edildikdə, Azərbaycan Respublikasında balıq ehtiyatlarının mühafizəsi və balıq ovu qaydaları kobud şəkildə pozulduqda sorğunun yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbləri barədə ərizəçinin elektron poçtuna dərhal məlumat göndərilir.
Xidmətin göstərilməsindən imtina istifadəçinin sənaye balıq ovu üçün balıqovlama biletlərinin verilməsi ilə bağlı yenidən müraciət etməsinə mane olmur.
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
Xidmət haqqının ödənilməsi barədə sənəd
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
İstifadəçi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamə
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
Gəmi və ya qayıq üzərində mülkiyyət hüququnu təsdiq edın sənəd, gəmi və ya qayıq icarəyə götürüldüyü halda tərəflər arasında bağlanmış müqavilə, həmin nəqliyyat vasitələri etibarnamə əsasında istifadə edildikdə etibarnamə
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
Vətəndaşlar üçün şəxsiyyət vəsiqəsi
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
Balıqovlayan gəminin və motorlu qayığın üzgüçülüyə yararlılığı haqqında şəhadətnamə
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
İstifadəçi hüquqi şəxs olduqda dövlət qeydiyyatı haqqında şəhadətnamə
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
Balıq ovunda iştirak edəcək balıqçının adı, atasının adı və soyadı barədə məlumat, bağlanmış fərdi əmək müqaviləsinin, habelə işə qəbul edilmə ilə bağlı əmri
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
Ərizə
- Elektron formada (xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
Ödənilmə üsulları :
- Bank vasitəsi ilə
- Nağd
Onlayn ödəmə
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
İstifadəçilər balıqovlama biletlərinin verilməsinə dair qəbul edilmiş qərarlardan və ya vəzifəli şəxslərin hərəkətlərindən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. Şikayət ərizəsi "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
"Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
"Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi
Xidmətin elektronlaşma səviyyəsi :
Tam elektronlaşdırılıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
Tam avtomatlaşdırlıb
Xidmətin elektron ünvanı :https://e-xidmet.eco.gov.az/index.php?lang=az§ionid=24