Xidmətin məzmunu :Bu xidmət dövlət sifarişi, eləcə də hüquqi və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikası ərazisində Geodeziya, qravimetriya, fotoqrammetriya, topoqrafiya
işlərinin həyata keçirilməsi üçün müraciətin və sənədlərin qəbulu qaydalarını müəyyən edir.
Xidmətin aid olduğu təsnifat : Kartoqrafiya-geodeziya və hidrometeorologiya
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Geodeziya və Kartoqrafiya” Məhdud Məsuliyyətli Cəmiyyəti
Xidmətin hüquqi əsası :
- Azərbaycan Respublikasının ”Geodeziya və Kartoqrafiya haqqında” 1998-ci il 14 aprel tarixli 484-IQ nömrəli Qanunu.
- ”Geodeziya və Kartoqrafiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyul tarixli 738 nömrəli Fərmanı.
- Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsanamə” də dəyişikliklər edilməsi barədə” 2015-ci il 14 sentyabr tarixli 593 nömrəli Fərmanı.
- “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Geodeziya və kartoqrafiya” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 2019-ci il 12 fevral 29 nömrəli Sərəncamı.
- “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və”Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarının 2 saylı əlavəsinin 11.19 bəndi.
Xidmətin həyata keçirilmə formaları :
- elektron formada
- Elektron müraciət və nəticənin elektron təqdim edilməsi
- Elektron və ya kağız sənədləşmə formalarında
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
- Şəxsi kabinet vasitəsilə məlumatlandırma
- Telefon vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
geodeziya, qravimetriya, fotoqrammetriya, topoqrafiya işlərin dövlət qəbulu və dövlət qeydiyyatı barədə arayışın verilməsi
Geodeziya, qravimetriya, fotoqrammetriya, topoqrafiya işlərinin həyata keçirilməsi üçün sertifikatın verilməsi
Xidmət istifadəçisi barədə məlumat :
- Dövlət orqanları
- Fiziki şəxslər
- Hüquqi şəxslər
- Yerli özünüidarəetmə orqanları
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 30
Ödənişsiz : Xidmət ödənişsiz həyata keçirilir
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Günlər : |
1-5 günlər |
İşin başlama vaxtı : |
09:00 |
İşin sona çatma vaxtı : |
18:00 |
Fasilənin başlama vaxtı : |
13:00 |
Fasilənin sona çatma vaxtı : |
14:00 |
Xidmətin göstərilmə yeri :
Bakı şəhəri, Heydər Əliyev prospekti 10 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi sənədlərin qəbulu mərkəzi.
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə əsasən ərizəçi nəzərdə tutulan və işin həlli üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədiyi halda xidmətin göstərilməsindən imtina edilməsi xidmət istifadəçinin yenidən müraciət etməsinə mane olmur.
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
Ərizə (sərbəst müraciət)
- Kağız və ya elektron formada
Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsi
- Kağız və ya elektron formada
ərizəçi fərdi sahibkar olduqda, şəxsiyyət vəsiqəsi
- Kağız və ya elektron formada
Sifarişçi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamə
- Kağız və ya elektron formada
Ödənilmə üsulları :
- Bank vasitəsi ilə
- Nağd
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
İstifadəçilər xidmətdən istifadə etmək üçün kağız üzərində tərtib edilmiş ərizə ilə xidmətin göstərilmə yerinə və ya elektron ərizə ilə xidmətin elektron təqdim edildiyi rəsmi internet informasiya ehtiyatına (http://e-xidmət.eco.gov.az) müraciət edə bilər. Müraciət qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsusu olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq dərhal qeydiyyata alınır və baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Geodeziya və Kartoqrafiya” Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanır. Müraciətə və ona əlavə edilən sənədlərə baxıldığı zaman aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə bu barədə ərizəçiyə 5 gündən gec olmayaraq yazılı məlumat verilir. Onlar aradan qaldırıldıqdan və təkrar sorğu ilə müraciət edildikdən sonra onlar 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda razılığın verilməsi barədə qərar qəbul edilir və rəsmiləşdirilərək birbaşa və ya poçt vasitəsilə istifadəçiyə təqdim olunur, həmçinin skan edilməklə elektron formada istifadəçiyə göndərilir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
İstifadəçilər razılığın verilməsinə dair qəbul edilmiş qərarlardan və ya vəzifəli şəxslərin hərəkətlərindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. Şikayət ərizəsi –“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda şikayətçi məhkəməyə şikayət verə bilər.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
İstifadəçilər razılığın verilməsinə dair qəbul edilmiş qərarlardan və ya vəzifəli şəxslərin hərəkətlərindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. Şikayət ərizəsi –“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda şikayətçi məhkəməyə şikayət verə bilər.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi : Qismən elektronlaşdırılıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi : Qismən avtomatlaşdırılıb
Xidmətin elektron ünvanı : https://e-xidmet.eco.gov.az/index.php?lang=az§ionid=75