Xidmətin məzmunu: Bu xidmət meşə məhsulları və dərman bitkilərinin satışı üçün müraciətin və tələb olunan sənədlərin qəbul edilməsindən və nəticəsi barədə istifadəçiyə məlumat verilməsindən ibarətdir.
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidməti
Xidmətin hüquqi əsası :
- Azərbaycan Respublikası Meşə Məcəlləsinin 25-ci maddəsi;
- “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 24 avqust tarixli 312 nömrəli qərarı ilə təsdiq edilmiş “Respublika meşələrində əsas meşə və kol cinslərinin köküstə buraxılış nırxları”;
- “Meşə təsərrüfatı ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 4 oktyabr tarixli 161 nömrəli Qərarının 1-ci və 2-ci hissələri;
- “Meşə qanunvericiliyinin pozulması hallarının qarşısının alınması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 30 sentyabr tarixli 145 nömrəli qərarının 2-ci hissəsi;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın 11.15-ci bəndi.
Xidmətin həyata keçirilmə formaları :
- Elektron müraciət və nəticənin elektron təqdim edilməsi
- Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
- Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
- E-poçt vasitəsilə məlumatlandırma
- Poçt xidməti vasitəsilə məlumatlandırma
- Şəxsi kabinet vasitəsilə məlumatlandırma
- Veb sayt vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi : Satış sənədi (meşəqırma bileti, order və meşə bileti)
Xidmət istifadəçisi barədə məlumat :
- Fiziki şəxslər
- Hüquqi şəxslər
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 5 gün
Rüsum : Rüsum yoxdur
Xidmət haqqı: Meşə məhsulunun qiyməti orta bazar qiymətləri nəzərə alınmaqla müəyyən olunur.
Ödənişin hüquqi əsası: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 24 avqust tarixli 312 nömrəli qərarı ilə təsdiq edilmiş “Respublika meşələrində əsas meşə və kol cinslərinin köküstə buraxılış nırxları”na və “Meşə qanunvericiliyinin pozulması hallarının qarşısının alınması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 30 sentyabr tarixli 145 nömrəli qərarının 2-ci hissəsi; Ödəmə üsulları - ödənişlərin aparılması nağd və ya köçürmə üsulu ilə həyata keçirilir və ödənişi təsdiq edən sənədin surəti skan edilərək göndərilir.
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Günlər : |
Real vaxt rejimi |
Bazar ertəsi - Cümə günləri. |
İşin başlama vaxtı : |
00:00:00 |
09:00:00 |
İşin sona çatma vaxtı : |
00:00:00 |
18:00:00 |
Fasilənin başlama vaxtı : |
00:00:00 |
13:00:00 |
Fasilənin sona çatma vaxtı : |
00:00:00 |
14:00:00 |
Xidmətin göstərilmə yeri: Bakı şəhəri, Heydər Əliyev prospekti 10 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi sənədlərin qəbulu mərkəzi
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
İistifadəçi tərəfindən təqdim olunmuş sənədlərdə çatışmazlıqlar (ərizə formasının tam doldurulmaması, tələb olunan səndələrin çatışmazlığı aşkar edildikdə sorğunun yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbləri barədə ərizəçinin elektron poçtuna dərhal məlumat göndərilir.
Eelektron xidmətin göstərilməsindən imtina istifadəçinin elektron xidmətlər bölməsinə yenidən müraciət etməsinə mane olmur.
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
Qeyd edilməyib
Ödənilmə üsulları :
- Bank vasitəsi ilə
- Onlayn ödəmə
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar : Xidmət tam elektron qaydada sorğunun göndərilməsi ilə həyata keçirilir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
İistifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilər. Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayət ərizəsi kağız üzərində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin poçt ünvanına, elektron formada isə elektron poçt ünvanına göndərilməlidir.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
"Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi : Tam elektronlaşdırılıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi : Qismən avtomatlaşdırılıb
Xidmətin elektron ünvanı :