Dövlət Xidmətləri


Milli parklara bilet satışı

Xidmətin məzmunu: Bu xidmət Milli parklara bilet satışını nəzərdə tutur

Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı: 
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti

Xidmətin hüquqi əsası :
  1. “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü və 42-ci maddələri;
  2. “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;
  3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 iyul tarixli 134 nömrəli qərarı ilə təsdiq edilmiş “Xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi və mühafizəsi üçün yaradılan müvafiq idarələrin xüsusi fondlarının və vəsaitlərinin yaradılması və onlardan istifadə Qaydası”;
  4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və həmin Qərarla təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nın 11.14-cü bəndi.
Xidmətin həyata keçirilmə formaları :
Elektron müraciət və nəticənin elektron təqdim edilməsi
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması

Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • E-poçt vasitəsilə məlumatlandırma
  • Şəxsi kabinet vasitəsilə məlumatlandırma
  • Veb sayt vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi: Bilet

Xidmət istifadəçisi barədə məlumat :
  • Fiziki şəxslər
  • Hüquqi şəxslər
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :

Müddət (Məbləğ) :
        2 null
Ödənişsiz :          Xidmət ödənişsiz həyata keçirilir
Ödənişin hüquqi əsası :                Azərbaycan Respublikasının milli parklarına bir biletin qiyməti Azərbaycan Respublikasının vətəndaşları üçün 2 manatdır. Azərbaycan Respublikasının milli parklarına bir biletin qiyməti yüksək dağlıq əraziləri üzrə Azərbaycan Respublikasının vətəndaşları üçün 10 manat, yerli tələbələr üçün 8 manat, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün 20 manatdır. Ödəmə üsulları - bank, poçt, plastik kart, nağd və ya internet vasitəsi ilə

Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :

Günlər :
               Real vaxt rejimində

Xidmətin göstərilmə yeri: 
Bakı şəhəri, Heydər Əliyev prospekti 10 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi sənədlərin qəbulu mərkəzi

Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
İstifadəçi tərəfindən təqdim olunmuş sənədlərdə çatışmazlıqlar (ərizə formasının tam doldurulmaması, tələb olunan səndələrin çatışmazlığı aşkar edildikdə sorğunun yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbləri barədə ərizəçinin elektron poçtuna dərhal məlumat göndərilir.
Eelektron xidmətin göstərilməsindən imtina istifadəçinin elektron xidmətlər bölməsinə yenidən müraciət etməsinə mane olmur.

Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :

Ərizə
- Kağız daşıyıcıda

Ödənilmə üsulları :
  • Bank vasitəsi ilə
  • Onlayn ödəmə
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar: Xidmət tam elektron qaydada sorğunun göndərilməsi ilə həyata keçirilir.

Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
İistifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilər. Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayət ərizəsi kağız üzərində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin poçt ünvanına, elektron formada isə elektron poçt ünvanına göndərilməlidir.

Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
"Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi

Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :

Xidmətin elektronlaşma səviyyəsi :
Tam elektronlaşdırılıb

Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
Tam avtomatlaşdırlıb

Xidmətin elektron ünvanı: 
https://portal.etsn.az/