Xidmətin məzmunu: Bu xidmət yerli əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılmasına və ləğv edilməsinə rəy verilməsini əhatə edir.
Xidmətin aid olduğu təsnifat : Ekologiya, ətraf mühitdən istifadə və təbii sərvətlər
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti
Xidmətin hüquqi əsası :
- "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin 1-ci hissəsi;
- Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə"nin 11.25-ci bəndi;
- "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 366 nömrəli Fərmanının 2-ci bəndinin yeddinci abzası;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının təbiət parklarının ümumi Əsasnaməsi"nin 2.2-ci bəndi.
Xidmətin həyata keçirilmə formaları :
- Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
- Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
- E-poçt vasitəsilə məlumatlandırma
- Faks vasitəsilə məlumatlandırma
- Poçt xidməti vasitəsilə məlumatlandırma
- Telefon vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
Yerli əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılmasına və ləğv edilməsinə dair rəy verilir
Xidmət istifadəçisi barədə məlumat : Yerli özünüidarəetmə orqanları
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 30 gün
Ödənişsiz : Xidmət ödənişsiz həyata keçirilir
Ödənişin hüquqi əsası : Xidmət ödənişsiz olaraq həyata keçirilir.
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
- Günlər : Həftənin 1-5-ci günləri
- İşin başlama vaxtı : 09:00:00
- İşin sona çatma vaxtı : 18:00:00
- Fasilənin başlama vaxtı : 13:00:00
- Fasilənin sona çatma vaxtı : 14:00:00
Xidmətin göstərilmə yeri :
Bakı şəhəri, Heydər Əliyev prospekti 10 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi sənədlərin qəbulu mərkəzi
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
- "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə əsasən ərizəçi nəzərdə tutulan və işin həlli üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədiyi halda;
- "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 1-ci hissəsinə əsasən xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı və yerləşdirilməsi sxemləri sosial-iqtisadi tələblərə və ətraf mühitin vəziyyətinə uyğun gəlmədikdə.
Xidmətin göstərilməsindən imtina edilməsi xidmət istifadəçisinin yenidən müraciət etməsinə mane olmur.
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
Yerli əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinin kadastr sənədləri
- Sənədin əsli
Yerli əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılmasına və ləğv edilməsinə dair rəy verilir
- Sənədin əslindən çıxarış
Yerli əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması və ya ləğv edilməsi üçün elmi və texniki-iqtisadi əsaslandırma
- Sənədin əsli
Müraciət (məktub)
- Sənədin əsli
Ödənilmə üsulları : Xidmət ödənişsizdir
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
İstifadəçilər xidmətdən istifadə etmək üçün kağız üzərində tərtib edilmiş ərizə ilə xidmətin göstərilmə yerinə müraciət edə bilər. Daxil olan müraciətlər Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"a uyğun qəbul edildikdən sonra qeydə alınır və icra edilməsi üçün aidiyyəti struktur bölməyə təqdim edilir. Aidiyyəti struktur bölmədə müraciətlə bağlı müvafiq araşdırma aparılır. Təqdim olunmuş sənədlərdə imtina üçün əsas olan çatışmazlıqlar aşkar edildiyi halda müraciətin icrasından imtina edilir və onların 15 iş gün müddətində aradan qaldırılması barədə istifadəçiyə məlumat verilir. Qeydiyyatdan imtina halları aşkar edilmədikdə, o cümlədən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra təkrar müraciət edilən zaman imtina halları aşkar edilmədikdə istifadəçiyə rəyin verilməsini təsdiq edən sənəd təqdim edilir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
İstifadəçilər xidmətin göstərilməsindən imtina edilməsindən və ya vəzifəli şəxslərin hərəkətlərindən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə inzibati qaydada şikayət verə bilər. Şikayət ərizəsi "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi : Elektronlaşdırılmayıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi : Avtomatlaşdırılmayıb