Xidmətin məzmunu: Bu xidmət cərimə, ziyan və ödəmələrin internet vasitəsilə ödənilməsini əhatə edir.
Xidmətin aid olduğu təsnifat: Ekologiya, ətraf mühitdən istifadə və təbii sərvətlər
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
- Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Regional Ekologiya və Təbii sərvətlər İdarəsi
- Bioloji Müxtəlifliyin Qorunması Xidməti
- Milli Geoloji Kəşfiyyat Xidməti
Xidmətin hüquqi əsası :
- Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9-cu fəsli;
- Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə"nin 11.13-cü bəndi;
- Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın 1-ci hissəsi;
- "Təbii ehtiyatlara görə ödəmələrin, çirkləndirici maddələrin təbii mühitə atılmasına görə ödəmələrin tətbiqi və həmin ödənişlərdən əmələ gələn vəsaitdən istifadə haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 3 mart tarixli 122 nömrəli Qərarının 1-4-cü əlavələri;
- "Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 27 dekabr tarixli 636 nömrəli Qərarının 1-7-ci əlavələri;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 28 dekabr tarixli 239 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında yayılmış bəzi faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində təbiətə dəymiş ziyana görə ödəmə normativləri"nin 1-ci əlavəsi;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 sentyabr tarixli 146 nömrəli qərarı ilə təsdiq edilmiş "Balıq ehtiyatlarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni balıq ovuna cərimələr"in 10-cu hissəsi;
- "Meşə qanunvericiliyinin pozulması hallarının qarşısının alınması tədbirləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 30 sentyabr tarixli 145 nömrəli qərarının 1-ci hissəsi;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 176 nömrəli qərarı ilə təsdiq edilmiş "Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni heyvan ovuna cərimələr"in 2-ci və 3-cü hissələri;
- Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2013-cü il "17" aprel tarixli 01-Q nömrəli Qərarı ilə təsdiq edilmiş "Cərimə, ziyan və ödəmələrin internet vasitəsilə ödənilməsi üzrə inzibati reqlament".
Xidmətin həyata keçirilmə formaları: Elektron müraciət və nəticənin elektron təqdim edilməsi
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
- E-poçt vasitəsilə məlumatlandırma
- Telefon vasitəsilə məlumatlandırma
- Veb sayt vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi: İstifadəçi cərimə, ziyan və ödəmələri internet vasitəsilə elektron qaydada ödəyir
Xidmət istifadəçisi barədə məlumat :
- Fiziki şəxslər
- Hüquqi şəxslər
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : Informasiya sistemi üzrə emal müddəti
Ödənişsiz : Xidmət ödənişsiz həyata keçirilir
Ödənişin hüquqi əsası : Xidmətin həyata keçirilməsi üçün ödəniş tələb olunmur.
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Günlər : Real vaxt rejimi:
Xidmətin göstərilmə yeri: Bakı şəhəri, Heydər Əliyev prospekti 10 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi sənədlərin qəbulu mərkəzi və Regional Ekologiya və Təbii sərvətlər İdarəsi inzibati binaları
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
- Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2013-cü il "17" aprel tarixli 01-Q nömrəli Qərarı ilə təsdiq edilmiş "Cərimə, ziyan və ödəmələrin internet vasitəsilə ödənilməsi üzrə inzibati reqlament"in 3.3.1-ci yarımbəndinə əsasən istifadəçi xidmətin təqdim edildiyi internet ünvanlarında informasiya sisteminin müvafiq pəncərəsində açılan lövhələr üzrə sorğunu düzgün daxil etmədikdə sistem tərəfindən sorğunun yerinə yetirilməsindən imtina edilir.
Sorğunun yerinə yetirilməsindən imtina istifadəçinin yenidən sorğu verməsinə mane olmur.
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
Elektron xidmətdən istifadə etmək üçün fiziki və ya hüquqi şəxs özü haqqında məlumatı (fiziki şəxsin adı, soyadı, atasının adı, ünvanı, hüquqi şəxsin adı və hüquqi ünvanı) doldurur və cərimə, ziyan və ödəmələrə səbəb olmuş sənədin nömrəsini və tarixini daxil edir
- Elektron daşıyıcıda
Ödənilmə üsulları : Xidmət ödənişsizdir
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar: İstifadəçi xidmətin təqdim edildiyi internet ünvanlarına daxil olaraq müvafiq bölməni seçir və özü haqqında məlumatları (fiziki şəxsin adı, soyadı, atasının adı, ünvanı, hüquqi şəxsin adı və hüquqi ünvanı) daxil etməklə nəzərdə tutulmuş maliyyə vəsaitinin ödənilməsi imkanı əldə edilir. Sorğu internet səhifəsinə daxil olduğu tarixdə qeydiyyata alınır və sorğunun qəbul edilməsi ilə bağlı istifadəçinin elektron poçtuna dərhal bildiriş göndərilir. Hüquqi və ya fiziki şəxs xidmətin təqdim edildiyi internet ünvanlarında informasiya sisteminin müvafiq pəncərəsində açılan lövhələr üzrə sorğunu daxil edir. Avtomatik rejimdə cərimə, ziyan və ödəmə ödənilir və onların ödənişi barədə istifadəçiyə bildiriş göndərilir. Cərimə, ziyan və ödəmənin ödənişi barədə məlumat Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin elektron sənəd dövriyyəsi sisteminə daxil olur və istifadəçinin ödəniş etməsi haqqında informasiya sənəd dövriyyəsi sistemi vasitəsilə, avtomatik rejimdə Nazirliyin aidiyyəti struktur bölmələrinə və tabeliyində olan qurumlarına göndərilir. Hüquqi və ya fiziki şəxs tərəfindən cərimə, ziyan və ödəmə üzrə ödəniş həyata keçirildikdə, bununla bağlı çıxarışı çap edir və ya onu özünün elektron poçt ünvanına göndərir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
İstifadəçilər elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. Şikayət ərizəsi "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
"Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
"Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi
Xidmətin elektronlaşma səviyyəsi : Tam elektronlaşdırılıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi : Tam avtomatlaşdırlıb
Xidmətin elektron ünvanı : https://e-xidmet.eco.gov.az/index.php?lang=az§ionid=35