Dövlət Xidmətləri

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ov etmək üçün icazənin verilməsi



Xidmətin məzmunu: 
Bu xidmət əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ov etmək üçün icazənin verilməsini əhatə edir

Xidmətin aid olduğu təsnifat: 
Ekologiya, ətraf mühitdən istifadə və təbii sərvətlər

Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı: 
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti

Xidmətin hüquqi əsası :
- "Ovçuluq haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsi;
- "Ovçuluq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 may tarixli 69 nömrəli Fərmanının 2.2-ci bəndi;
- Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə"nin 11.18-ci bəndi;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 30 sentyabr tarixli 147 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində ov etmək üçün icazənin verilməsi Qaydası";
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 176 nömrəli Qərarı ilə təsdiq edilmiş "Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni heyvan ovuna cərimələr"in 2.6-cı bəndi;
- Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2013-cü il "17" aprel tarixli 01-Q nömrəli Qərarı ilə təsdiq edilmiş "Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ov etmək üçün icazənin verilməsi məqsədi ilə müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament".

Xidmətin həyata keçirilmə formaları :
  • Elektron müraciət və nəticənin ənənəvi məlumat daşıyıcısında təqdim olunması
  • Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • E-poçt vasitəsilə məlumatlandırma
  • Faks vasitəsilə məlumatlandırma
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
  • Telefon vasitəsilə məlumatlandırma
  • Veb sayt vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi: Müraciət edən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ov etmək üçün icazə verilir

Xidmət istifadəçisi barədə məlumat:
Fiziki şəxslər

Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :

Müddət (Məbləğ) :
        5 gün

Ödənişsiz :
         Xidmət ödənişsiz həyata keçirilir

Ödənişlə bağlı qeyd :     Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ovlanmasına icazə verilən vəhşi heyvan və quş növləri və onların ovlanmasının (tutulmasının) qiyməti aşağıdakı kimi müəyyən edilmişdir: Ov obyekti olan vəhşi heyvan və quş növü Bir baş vəhşi heyvanın vurulması (tutulması) üçün ödəmə (manatla) Qaban (Çöl dönuzu) 16,50 Dovşan 24,75 Cüllüt (ağquyruq çökükburun, qırqıldayan cüllüt, kiçik kroşnep və çöl haçaquyruq cüllütü istisna olmaqla) 1,001 Qaz (ağ qaş və qırmızı döş qaz istisna olmaqla) 4,95 Ördək (ağgöz qara ördək, göydimdik,qılquyruq ördək və mərmər cürə istisna olmaqla) 1,001 Qaşqaldaq 1,001 Alabaxta 0,495 Bildirçin 0,495 Göyərçin 0,495
Ödənişin hüquqi əsası :                Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 176 nömrəli Qərarı ilə təsdiq edilmiş "Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni heyvan ovuna cərimələr"in 2.6-cı bəndi

Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :

Günlər :

Real vaxt rejimi:

Bazar ertəsi - Cümə günləri.

İşin başlama vaxtı :

00:00:00

09:00:00

İşin sona çatma vaxtı :

00:00:00

18:00:00

Fasilənin başlama vaxtı :

00:00:00

13:00:00

Fasilənin sona çatma vaxtı :

00:00:00

14:00:00

İşin başlama vaxtı :

00:00:00

09:00:00

 
Xidmətin göstərilmə yeri :
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi sənədlərin qəbulu mərkəzi, ünvan: Bakı şəhəri, Heydər Əliyev prospekti 10

Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 30 sentyabr tarixli 147 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində ov etmək üçün icazənin verilməsi Qaydası"nın 2.3-cü bəndinə və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2013-cü il "17" aprel tarixli 01-Q nömrəli Qərarı ilə təsdiq edilmiş "Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ov etmək üçün icazənin verilməsi məqsədi ilə müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament"in 3.3.1-ci yarımbəndinə əsasən aşağıdakı hallarda xidmətin göstərilməsindən imtina edilir:
- ərizəçinin təqdim etdiyi ərizədə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda;
- ov silahından istifadəyə dair verilən xüsusi icazənin müddəti bitdikdə;
- qanunvericilikdə nəzərdə tutulan digər hallarda.
Xidmətin göstərilməsindən imtina istifadəçinin vəhşi heyvanların ovuna icazələrin verilməsi ilə bağlı yenidən müraciət etməsinə mane olmur.

Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
Xidmət haqqının ödənilməsi barədə sənəd
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
Ov silahının (odlu və ya soyuq) istifadəsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq orqanları tərəfindən verilən icazə sənədi
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)

Ovçuluq bileti
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
Azərbaycan Respublikasının ərazisində şəxsiyyətini təsdiq edən sənəd
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)

Ərizə
- Elektron formada (xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)

Ödənilmə üsulları :
  • Bank vasitəsi ilə
  • Nağd
  • Onlayn ödəmə
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
İstifadəçilər xidmətdən istifadə etmək üçün kağız üzərində tərtib edilmiş ərizə ilə xidmətin göstərilmə yerinə və ya elektron ərizə ilə xidmətin elektron təqdim edildiyi rəsmi internet informasiya ehtiyatına (http://e-xidmet.eco.gov.az) müraciət edə bilər. Müraciət qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"a uyğun olaraq dərhal qeydiyyata alınır və baxılması Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinə ünvanlanır. Müraciətə və ona əlavə edilən sənədlərə baxıldığı zaman aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə bu barədə ərizəçiyə 5 gündən gec olmayaraq yazılı məlumat verilir. Onlar aradan qaldırıldıqdan və təkrar sorğu ilə müraciət edildikdən sonra onlara 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda ərizəçiyə ova icazə verilməsindən imtina edilməməsi barədə bildiriş göndərilir. Ərizəçi bildirişi aldıqdan sonra icazənin verilməsinə görə xidmət haqqının ödənildiyini təsdiq edən sənədi təqdim edir. Bundan sonra icazənin verilməsi barədə qərar qəbul edilir və rəsmiləşdirilərək birbaşa və ya poçt rabitəsi vasitəsilə istifadəçiyə təqdim olunur, həmçinin skan edilməklə elektron formada istifadəçiyə göndərilir.

Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
İstifadəçilər icazənin verilməsinə dair qəbul edilmiş qərarlardan və ya vəzifəli şəxslərin hərəkətlərindən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. Şikayət ərizəsi "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.

Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
"Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi

Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
"Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi

Xidmətin elektronlaşma səviyyəsi :
Qismən elektronlaşdırılıb

Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
Qismən avtomatlaşdırılıb

Xidmətin elektron ünvanı :
https://e-xidmet.eco.gov.az/index.php?sectionid=25