Xidmətin məzmunu : Vətəndaşlara ovçuluq biletinin verilməsini əhatə edir.
Xidmətin aid olduğu təsnifat :
Ekologiya, ətraf mühitdən istifadə və təbii sərvətlər
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti
Xidmətin hüquqi əsası :
- "Ovçuluq haqqında" Azərbaycan Respublikası 2004-cü il 20 aprel tarixli, 637-IIQ nömrəli Qanunu
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 30 sentyabr tarixili, 147 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ovçuluq biletinin forması, qeydiyyatı və ovçuluq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə verilməsi qaydası"
Xidmətin həyata keçirilmə formaları :
- Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
- Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
- Yerində (şifahi və ya yazılı) məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi : Ovçuluq bileti
Xidmət istifadəçisi barədə məlumat : Fiziki şəxslər
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı,
Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 2 il
Rüsum : 1 AZN
Ödənişin hüquqi əsası : "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən ovçuluq biletinin qiymətinin tənzimlənməsi barədə" Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının 2008-ci il 30 iyul 5 nömrəli Qərarı.
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Günlər : |
Bazar ertəsi - Cümə günləri. |
İşin başlama vaxtı : |
09:00:00 |
İşin sona çatma vaxtı : |
18:00:00 |
Fasilənin başlama vaxtı : |
13:00:00 |
Fasilənin sona çatma vaxtı : |
14:00:00 |
Xidmətin göstərilmə yeri :
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi sənədlərin qəbulu mərkəzi, ünvan: Bakı şəhəri, Heydər Əliyev prospekti 10
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Tələb olunan sənədlər təqdim edilmədikdə xidmətin göstərilməsindən imtina edilir. Ovçuluq biletinin verilməsindən imtina etmə halları aşağıdakılardır:
- ərizəçinin təqdim etdiyi ərizədə qeyri-dürüst və təhrif olunmuş məlumatlar olduqda;
- ov silahından istifadəyə dair verilən xüsusi icazənin və silahın respublika ərazisində saxlama müddətləri bitdikdə;
- qanunvericilikdə nəzərdə tutulan digər hallarda.
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
Ərizə-anket
- Kağız daşıyıcıda
Ov silahının (odlu və ya soyuq) istifadəsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq orqanları tərəfindən verilən icazə sənədi
- Sənədin əsli və ya notarial qaydada təsdiq edilmiş sürəti
2 ədəd 3x4 sm ölçüdə ağ fonda fotoşəkil
- Sənədin əsli
Ödənilmə üsulları : Bank vasitəsi ilə
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
Ovçuluq bileti almaq üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında ovçuluğun minimumu üzrə sınağı Komissiyası haqqında Əsasnaməyə uyğun olaraq tələb olunan sənədlər Ovçuluq təsərrüfatlarının idarə edilməsi və ovçuluq fəaliyyətinə dövlət nəzarəti xidmətinə təqdim edilir və ovçuluğun minimumu üzrə sınaqdan müvəffəqiyyətlə keçdikdən sonra vətəndaşa ovçuluq bileti təqdim olunur.
Ovçuluq bileti almaq istəyən şəxsin ərizəsi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq orqanında qeydiyyata düşdüyü gündən 10 gün müddətində baxılır və ovçunun minimum sınağının nəticəsindən asılı olaraq verilir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
Xidmətin göstərilməsi ilə bağlı mübahisələr Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinə birbaşa müraciət əsasında araşdırılır.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
Ətraf mühit və təbii sərvətlər üzrə informasiya ehtiyatı
Xidmətin elektronlaşma səviyyəsi : Qismən elektronlaşdırılıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi : Qismən avtomatlaşdırılıb
Xidmətin elektron ünvanı : https://e-xidmet.eco.gov.az/index.php?lang=az§ionid=82