Dövlət Xidmətləri

Vəhşi heyvanların ovuna icazələrin verilməsi



Xidmətin məzmunu :
Bu xidmət vəhşi heyvanların ovuna icazələrin verilməsini əhatə edir.

Xidmətin aid olduğu təsnifat :
Ekologiya, ətraf mühitdən istifadə və təbii sərvətlər

Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlər İdarələri

Xidmətin hüquqi əsası :
- "Ovçuluq haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsi;
- "Ovçuluq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 may tarixli 69 nömrəli Fərmanının 2.2-ci bəndi;
- Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə"nin 10.39-cu və 11.18-ci bəndləri;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 30 sentyabr tarixli 147 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ov etmək üçün icazənin verilməsi Qaydası";
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 176 nömrəli Qərarı ilə təsdiq edilmiş "Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni heyvan ovuna cərimələr"in 2-ci hissəsi;
- Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2013-cü il "17" aprel tarixli 01-Q nömrəli Qərarı ilə təsdiq edilmiş "Vəhşi heyvanların ovuna icazələrin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament".

Xidmətin həyata keçirilmə formaları :
  • Elektron müraciət və nəticənin ənənəvi məlumat daşıyıcısında təqdim olunması
  • Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • E-poçt vasitəsilə məlumatlandırma
  • Faks vasitəsilə məlumatlandırma
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
  • Telefon vasitəsilə məlumatlandırma
  • Veb sayt vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
Müraciət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına vəhşi heyvanların ovuna icazələr verilir.

Xidmət istifadəçisi barədə məlumat :
Fiziki şəxslər

Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) :        5 iş günü
Rüsum :               Rüsum yoxdur

Xidmət haqqı :
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 176 nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni heyvan ovuna cərimələr” https://e-qanun.az/framework/5709

Ödənişin hüquqi əsası :
               Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 176 nömrəli Qərarı ilə təsdiq edilmiş "Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni heyvan ovuna cərimələr"in 2.1-ci bəndi

Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :

Günlər :

Real vaxt rejimi:

Bazar ertəsi - Cümə günləri.

İşin başlama vaxtı :

00:00:00

09:00:00

İşin sona çatma vaxtı :

00:00:00

18:00:00

Fasilənin başlama vaxtı :

00:00:00

13:00:00

Fasilənin sona çatma vaxtı :

00:00:00

14:00:00


Xidmətin göstərilmə yeri :
  • Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi sənədlərin qəbulu mərkəzi, ünvan: Bakı şəhəri, Heydər Əliyev prospekti 10
  • Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional ərazi ekologiya və təbii sərvətlər şöbələrinin inzibati binası
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
- "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə əsasən ərizəçi nəzərdə tutulan və işin həlli üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədiyi halda;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 30 sentyabr tarixli 147 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ov etmək üçün icazənin verilməsi Qaydası"nın 2.5-ci bəndinə və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2013-cü il "17" aprel tarixli 01-Q nömrəli Qərarı ilə təsdiq edilmiş "Vəhşi heyvanların ovuna icazələrin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament"in 3.3.1-ci yarımbəndinə əsasən aşağıdakı hallarda xidmətin göstərilməsindən imtina edilir:
- ərizəçinin təqdim etdiyi ərizədə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda;
- ov silahından istifadəyə dair verilən xüsusi icazənin müddəti bitdikdə;
- qanunvericilikdə nəzərdə tutulan digər hallarda.
Xidmətin göstərilməsindən imtina istifadəçinin vəhşi heyvanların ovuna icazələrin verilməsi ilə bağlı yenidən müraciət etməsinə mane olmur.

Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
Xidmət haqqının ödənilməsi barədə sənəd
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)

Ov silahının (odlu və ya soyuq) istifadəsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq orqanları tərəfindən verilən icazə sənədi
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)

Şəxsiyyət vəsiqəsi
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)

Ovçuluq və üzvlük bileti
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)

Ərizə
- Elektron formada (xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)

Ödənilmə üsulları :
  • Bank vasitəsi ilə
  • Nağd
  • Onlayn ödəmə
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
İstifadəçilər xidmətdən istifadə etmək üçün kağız üzərində tərtib edilmiş ərizə ilə xidmətin göstərilmə yerinə və ya elektron ərizə ilə xidmətin elektron təqdim edildiyi rəsmi internet informasiya ehtiyatına (http://e-xidmet.eco.gov.az) müraciət edə bilər. Müraciət qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"a uyğun olaraq dərhal qeydiyyata alınır və baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti ərazi ekologiya və təbii sərvətlər şöbələrinə ünvanlanır. Müraciətə və ona əlavə edilən sənədlərə baxıldığı zaman aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə bu barədə ərizəçiyə 5 gündən gec olmayaraq yazılı məlumat verilir. Onlar aradan qaldırıldıqdan və təkrar sorğu ilə müraciət edildikdən sonra onlara 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda ərizəçiyə ova icazə verilməsindən imtina edilməməsi barədə bildiriş göndərilir. Ərizəçi bildirişi aldıqdan sonra icazənin verilməsinə görə xidmət haqqının ödənildiyini təsdiq edən sənədi təqdim edir. Bundan sonra icazənin verilməsi barədə qərar qəbul edilir və rəsmiləşdirilərək birbaşa və ya poçt rabitəsi vasitəsilə istifadəçiyə təqdim olunur, həmçinin skan edilməklə elektron formada istifadəçiyə göndərilir.

Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
İstifadəçilər icazənin verilməsinə dair qəbul edilmiş qərarlardan və ya vəzifəli şəxslərin hərəkətlərindən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. Şikayət ərizəsi "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.

Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
"Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi

Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
"Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi

Xidmətin elektronlaşma səviyyəsi :
Qismən elektronlaşdırılıb

Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
Qismən avtomatlaşdırılıb

Xidmətin elektron ünvanı : 
https://e-xidmet.eco.gov.az/index.php?lang=az&sectionid=23