Meşə fondu torpaqlarından istifadə edilməsi üçün razılığın verilməsi
Xidmətin məzmunu :Bu xidmət hüquqi və fiziki şəxslərə meşə fondu torpaqlarının icarəyə verilməsi ilə bağlı razılığın verilməsini əhatə edir.
Xidmətin aid olduğu təsnifat :
Ekologiya, ətraf mühitdən istifadə və təbii sərvətlər
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidməti
Xidmətin hüquqi əsası :
- Azərbaycan Respublikası Meşə Məcəlləsinin 22-ci, 24-cü, 26-cı və 72-ci maddələri;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 17 oktyabr tarixli 214 nömrəli qərarı ilə təsdiq edilmiş "Meşə fondu torpaqlarının icarəyə verilməsi Qaydası"nın 4-cü bəndi;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 30 oktyabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş "Meşə fondu sahələrindən elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə Qaydaları"nın 2-ci bəndi;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 7 dekabr tarixli 230 nömrəli qərarı ilə təsdiq edilmiş "Meşə fondu sahələrinin bir ilə qədər qısamüddətli istifadəyə verilməsi Qaydası"nın 2-ci bəndi;
- "Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddinin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 23 dekabr tarixli 226 nömrəli Qərarının 1-ci hissəsi;
- Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2013-cü il "17" aprel tarixli 01-Q nömrəli Qərarı ilə təsdiq edilmiş "Meşə fondu torpaqlarından istifadə edilməsi üçün razılığın verilməsi üzrə inzibati reqlament".
Xidmətin həyata keçirilmə formaları :
Elektron müraciət və nəticənin ənənəvi məlumat daşıyıcısında təqdim olunması
Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
- E-poçt vasitəsilə məlumatlandırma
- Faks vasitəsilə məlumatlandırma
- Poçt xidməti vasitəsilə məlumatlandırma
- Telefon vasitəsilə məlumatlandırma
- Veb sayt vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
Fiziki və hüquqi şəxslərə meşə fondu torpaqlarından istifadə edilməsi üçün razılıq verilir və müqavilə bağlanılır
Xidmət istifadəçisi barədə məlumat :
- Fiziki şəxslər
- Hüquqi şəxslər
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 25 gün
Ödənişsiz : Xidmət ödənişsiz həyata keçirilir
Ödənişin hüquqi əsası : "Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddinin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 23 dekabr tarixli 226 nömrəli qərarı
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Günlər : |
Bazar ertəsi - Cümə günləri. |
İşin başlama vaxtı : |
09:00 |
İşin sona çatma vaxtı : |
18:00 |
Fasilənin başlama vaxtı : |
13:00 |
Fasilənin sona çatma vaxtı : |
14:00:00 |
Xidmətin göstərilmə yeri :
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi sənədlərin qəbulu mərkəzi, ünvan: Bakı şəhəri, Heydər Əliyev prospekti 10
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
- "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə əsasən ərizəçi nəzərdə tutulan və işin həlli üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədiyi halda;
- Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2013-cü il "17" aprel tarixli 01-Q nömrəli Qərarı ilə təsdiq edilmiş "Meşə fondu torpaqlarından istifadə edilməsi üçün razılığın verilməsi üzrə inzibati reqlament"in 3.3.1-ci yarımbəndinə əsasən istifadəçi tərəfindən təqdim olunmuş sənədlərdə çatışmazlıqlar (ərizə formasının tam doldurulmaması, tələb edilən sənədlərdən birinin və ya bir neçəsinin ərizəyə əlavə olunmaması, yaxud müqavilələrin düzgün tərtib edilməməsi) aşkar edildikdə sorğunun yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbləri barədə ərizəçinin elektron poçtuna dərhal məlumat göndərilir.
Xidmətin göstərilməsindən imtina edilməsi xidmət istifadəçisinin yenidən müraciət etməsinə mane olmur.
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
Xidmət haqqının ödənilməsi barədə sənəd
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
Şəxsiyyəti təsdiq edən sənəd
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
İstifadəçi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamə
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
İstifadəçi hüquqi şəxs olduqda dövlət qeydiyyatı haqqında şəhadətnamə
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
Ərizə
- Elektron formada (xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
Ödənilmə üsulları :
- Bank vasitəsi ilə
- Nağd
- Onlayn ödəmə
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
İstifadəçilər xidmətdən istifadə etmək üçün kağız üzərində tərtib edilmiş ərizə ilə xidmətin göstərilmə yerinə və ya elektron ərizə ilə xidmətin elektron təqdim edildiyi rəsmi internet informasiya ehtiyatına (http://e-xidmet.eco.gov.az) müraciət edə bilər. Müraciət qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"a uyğun olaraq dərhal qeydiyyata alınır və baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinə göndərilir. Müraciətə və ona əlavə edilən sənədlərə baxıldığı zaman aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə bu barədə ərizəçiyə 5 gündən gec olmayaraq yazılı məlumat verilir. Onlar aradan qaldırıldıqdan və təkrar sorğu ilə müraciət edildikdən sonra onlara 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. Təqdim edilən sənədlərdə çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda ərizəçiyə razılığın verilməsindən imtina edilməməsi barədə bildiriş göndərilir. Ərizəçi bildirişi aldıqdan sonra razılıq verilməsinə görə müəyyən olunmuş ödənişin ödənildiyini təsdiq edən sənədi təqdim edir. Bundan sonra razılıq verilməsi barədə qərar qəbul edilir və razılıq blankı rəsmiləşdirilərək birbaşa və ya poçt rabitəsi vasitəsilə istifadəçiyə təqdim olunur, həmçinin skan edilməklə elektron formada istifadəçiyə göndərilir. Razılıq verildikdən sonra istifadəçilərlə müqavilə bağlanılır.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
İstifadəçilər razılığın verilməsinə dair qəbul edilmiş qərarlardan və ya vəzifəli şəxslərin hərəkətlərindən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. Şikayət ərizəsi "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
"Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi
Xidmətin elektronlaşma səviyyəsi : Qismən elektronlaşdırılıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi : Qismən Avtomatlaşdırılıb
Xidmətin elektron ünvanı : https://e-xidmet.eco.gov.az/
Dövlət xidmətləri portalı: https://www.dxr.az/xidmet/