Dövlət Xidmətləri

Ekzogen geoloji proseslərə məruz qalmış torpaqlarda mühəndis texniki və kənd təsərrüfatı işlərinin aparılmasına rəy verilməsi

Xidmətin məzmunu :
Bu xidmət ekzogen geoloji proseslərə məruz qalmış torpaqlarda mühəndis texniki və kənd təsərrüfatı işlərinin aparılmasına rəy verilməsini əhatə edir.

Xidmətin aid olduğu təsnifat :
Ekologiya, ətraf mühitdən istifadə və təbii sərvətlər

Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Milli Geoloji Kəşfiyyat Xidməti

Xidmətin hüquqi əsası :
- Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 37-ci maddəsi;
- Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə"nin 10.20-ci bəndi;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 1 may tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ekzogen geoloji proseslərə məruz qalmış torpaqlarda mühəndis-texniki və kənd təsərrüfatı işlərinin aparılmasına icazə verilməsi Qaydası".
- Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti haqqında Nizamnamənin 3.13-cü bəndi

Xidmətin həyata keçirilmə formaları :
Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması

Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • E-poçt vasitəsilə məlumatlandırma
  • Faks vasitəsilə məlumatlandırma
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
  • Telefon vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
Ekzogen geoloji proseslərə məruz qalmış torpaqlarda mühəndis texniki və kənd təsərrüfatı işlərinin aparılmasına rəy verilir

Xidmət istifadəçisi barədə məlumat
:
  • Dövlət orqanları
  • Fiziki şəxslər
  • Hüquqi şəxslər
  • Yerli özünüidarəetmə orqanları
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) :        30 gün
Ödənişsiz :          Xidmət ödənişsiz həyata keçirilir
Ödənişin hüquqi əsası :                Xidmət ödənişsiz olaraq həyata keçirilir

Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :

Günlər :

Həftənin 1-5-ci günləri

İşin başlama vaxtı :

09:00:00

İşin sona çatma vaxtı :

18:00:00

Fasilənin başlama vaxtı :

13:00:00

Fasilənin sona çatma vaxtı :

14:00:00

Xidmətin göstərilmə yeri :
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi sənədlərin qəbulu mərkəzi, ünvan: Bakı şəhəri, Heydər Əliyev prospekti 10

Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
- "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə əsasən xidmət istifadəçisi nəzərdə tutulan və işin həlli üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədiyi halda;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 1 may tarixli, 79 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ekzogen geoloji proseslərə məruz qalmış torpaqlarda mühəndis-texniki və kənd təsərrüfatı işlərinin aparılmasına icazə verilməsi Qaydası"nın 6-cı hissəsinə əsasən relyefin mailliyi 20—30 dərəcə arasında olduqda sürüşmə prosesi gedən torpaqlarda mühəndis-texniki işləri aparıldıqda;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 1 may tarixli, 79 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ekzogen geoloji proseslərə məruz qalmış torpaqlarda mühəndis-texniki və kənd təsərrüfatı işlərinin aparılmasına icazə verilməsi Qaydası"nın 7-ci hissəsinə əsasən sel təhlükəli sahələrdə seldən müdafiə qurğularının tikintisi və xüsusi əhəmiyyətli körpülərin salınması üzrə işlər istisna olmaqla, bütün növ mühəndis-texniki işləri aparıldıqda;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 1 may tarixli, 79 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ekzogen geoloji proseslərə məruz qalmış torpaqlarda mühəndis-texniki və kənd təsərrüfatı işlərinin aparılmasına icazə verilməsi Qaydası"nın 8-ci hissəsinə əsasən palçıq vulkanları aktivləşmə dövrünü yaşayan torpaqlarda və onların təsiri altında olan torpaqlarda bütün növ mühəndis-texniki və kənd təsərrüfatı işləri aparıldıqda.
Xidmətin göstərilməsindən imtina edilməsi xidmət istifadəçisinin yenidən müraciət etməsinə mane olmur.

Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :

Torpaq sahələrində rast gəlinən ekzogen geoloji proseslər haqqında məlumat
- Sənədin əsli

Torpaqların istifadəsini şərtləndirən bütün mühəndisi-mühafizə tədbirlərinin layihələri
- Sənədin əsli
müraciət məktubu
- Sənədin əsli

Ödənilmə üsulları :
Xidmət ödənişsizdir

Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
İstifadəçilər xidmətdən istifadə etmək üçün kağız üzərində tərtib edilmiş müraciət məktubu (dövlət və yerli özünüidarəetmə orqanları) və ya ərizə (hüquqi və fiziki şəxslər) ilə xidmətin göstərilmə yerinə müraciət edə bilər. Daxil olan müraciətlər Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"a uyğun qəbul edildikdən sonra qeydə alınır və Milli Geoloji Kəşfiyyat Xidmətinə icra edilməsi üçün göndərilir. İdarədə müraciətlə bağlı müvafiq araşdırma aparılır. Təqdim olunmuş sənədlərdə imtina üçün əsas olan çatışmazlıqlar aşkar edildiyi halda müraciətin icrasından imtina edilir və onların 15 iş gün müddətində aradan qaldırılması barədə istifadəçiyə məlumat verilir. İmtina halları aşkar edilmədikdə, o cümlədən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra təkrar müraciət edilən zaman imtina halları aşkar edilmədikdə istifadəçiyə rəyin verilməsini təsdiq edən sənəd təqdim edilir.

Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
İstifadəçilər xidmətin göstərilməsindən imtina edilməsindən və ya vəzifəli şəxslərin hərəkətlərindən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə inzibati qaydada şikayət verə bilər. Şikayət ərizəsi "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :

Xidmətin elektronlaşma səviyyəsi :
Elektronlaşdırılmayıb

Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
Avtomatlaşdırılmayıb