FƏALİYYƏT İSTİQAMƏTLƏRİ
- Atmosfer havası, yağıntı, yeraltı və yerüstü sular, torpaqlar, dib çöküntüləri üzrə götürülmüş nümunələrdə fiziki, kimyəvi, bioloji analizləri aparmaq;
- Xəzər dənizi və onun sahil zolağında yerləşən sənaye obyektlərinin axarlarından, çirklənmə mənbələrindən, təmizləyici qurğulardan götürülmüş su, dib çöküntüləri, şlam və qazma məhlulu nümunələri üzərində fiziki-kimyəvi, mikrobioloji və ekotoksikoloji təhlilləri aparmaq;
- Axarlarda çirkləndiricilərin yayılması üzrə götürülmüş nümunələr üzərində kimyəvi, bioloji, ekotoksikoloji təhlilləri həyata keçirmək;
- Süxur, mineral, yeraltı suların (şirin, texniki, termal və mineral) üzərində kimyəvi, silikat, spektral, mineraloji, fiziki-mexaniki xüsusiyyətlərin öyrənilməsi istiqamətində analizlər aparmaq;
- Süxurların tərkibində nəcib metalların (qızıl və gümüş) miqdarını müəyyən etmək;
- Dövlət sirri təşkil edən məlumatları, o cümlədən fəaliyyəti ilə əlaqədar məlum olan kommersiya sirlərini yaymamaq;
- Nazirlik tərəfindən ona həvalə edilmiş qanunvericiliyə uyğun digər vəzifələri yerinə yetirmək.