Müraciətlər

Babaşova Rəna Möhübbət qızı

Babaşova Rəna Möhübbət qızı 2021-ci il 06 avqust tarixində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin Hüquqi təminat, insan resursları və sənədlərlə iş sektorunun baş məsləhətçisi-kadrlar üzrə vəzifəsinin tutulması üçün keçirilmiş daxili müsahibə mərhələsində iştirak etmiş və müsahibənin nəticəsinə əsasən 15.3 bal toplayaraq barəsində vəzifəyə uyğun olmaması barədə qərar qəbul edilmişdir. R.Babaşova nəticədən narazı qalaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Apellyasiya Şurasına müsahibə nəticəsinə yenidən baxılması üçün müraciət etmişdir.

R.Babaşova ilə təşkil edilmiş daxili müsahibə mərhələsinin videogörüntüsü diqqətlə izlənilmiş və suallara onun tərəfindən verilmiş cavablar təhlil edilmişdir. Sual və cavabların təhlili nəticəsində müəyyən edilmişdir ki, R.Babaşova ilə keçirilmiş müsahibə zamanı o, kifayət qədər hazırlıqlı olmuş, cavablandırmaqda çətinlik çəkdiyi suallar isə azlıq təşkil etmişdir.

Qeyd olunanları, Apellyasiya Şurasının üzvlərinin və iclasa dəvət olunan şəxslərin rəylərini nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”nin 7.4.1-ci bəndini rəhbər tutub Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Apellyasiya Şurası

                                                                       Qərara alır:
1. Babaşova Rəna Möhübbət qızının şikayəti təmin edilsin.
2. Babaşova Rəna Möhübbət qızı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin Hüquqi təminat, insan resursları və sənədlərlə iş sektorunun baş məsləhətçisi-kadrlar üzrə vəzifəsinə uyğun hesab edilsin.
3. Apellyasiya Şurasının qərarı barədə Dövlət İmtahan Mərkəzi məlumatlandırılsın.
4. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Apellyasiya Şurasının Katibliyi bu Qərarın, əslinin həqiqi surəti formasında aidiyyəti üzrə göndərilməsini təmin etsin.