Müraciətlər

Cəfərov Şahin Yahyə oğlu

Cəfərov Şahin Yahyə oğlu 2021-ci il 28 iyul tarixində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitdən istifadənin tənzimlənməsi və ekoloji maarifləndirmə sektorunun baş məsləhətçisi vəzifəsinin tutulması üçün keçirilmiş ümumi müsahibədə iştirak etmiş və müsahibənin nəticəsinə əsasən 12 bal toplayaraq barəsində vəzifəyə uyğun olmaması barədə qərar qəbul edilmişdir. Ş.Cəfərov nəticədən narazı qalaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Apellyasiya Şurasına müsahibə nəticəsinə yenidən baxılması üçün müraciət etmişdir.

Ş.Cəfərov ilə təşkil edilmiş ümumi müsahibənin videogörüntüsü diqqətlə izlənilmiş və suallara onun tərəfindən verilmiş cavablar təhlil edilmişdir. Sual və cavabların təhlili nəticəsində müəyyən edilmişdir ki, Ş.Cəfərov ilə keçirilmiş müsahibə zamanı o, kifayət qədər hazırlıqlı olmamış, suallara ətraflı cavab verə bilməmişdir.

Qeyd olunanları, Apellyasiya Şurasının üzvlərinin və iclasa dəvət olunan şəxslərin rəylərini nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”nin 7.4.3-cü bəndini rəhbər tutub Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Apellyasiya Şurası

                                                              Qərara alır:
1. Cəfərov Şahin Yahyə oğlunun şikayəti təmin edilməsin.
2. Apellyasiya Şurasının qərarı barədə Dövlət İmtahan Mərkəzi məlumatlandırılsın.
3. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Apellyasiya Şurasının Katibliyi bu Qərarın, əslinin həqiqi surəti formasında aidiyyəti üzrə göndərilməsini təmin etsin.