Hüseynli Zəhraxanım Nazim qızı
Hüseynli Zəhraxanım Nazim qızı 2021-ci il 04 avqust tarixində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun məsləhətçi-müfəttişi vəzifəsinin tutulması üçün keçirilmiş müsabiqə üzrə müsahibə mərhələsində iştirak etmiş və müsahibənin nəticəsinə əsasən 15.7 bal toplayaraq barəsində vəzifəyə uyğun olmaması barədə qərar qəbul edilmişdir. Z.Hüseynli nəticədən narazı qalaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Apellyasiya Şurasına müsahibə nəticəsinə yenidən baxılması üçün müraciət etmişdir.
Z.Hüseynli ilə təşkil edilmiş müsabiqə üzrə müsahibə mərhələsinin videogörüntüsü diqqətlə izlənilmiş və suallara onun tərəfindən verilmiş cavablar təhlil edilmişdir. Sual və cavabların təhlili nəticəsində müəyyən edilmişdir ki, Z.Hüseynli ilə keçirilmiş müsahibə zamanı o, kifayət qədər hazırlıqlı olmuş, cavablandırmaqda çətinlik çəkdiyi suallar isə azlıq təşkil etmişdir.
Qeyd olunanları, Apellyasiya Şurasının üzvlərinin və iclasa dəvət olunan şəxslərin rəylərini nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”nin 7.4.1-ci bəndini rəhbər tutub Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Apellyasiya Şurası
Qərara alır:
1. Hüseynli Zəhraxanım Nazim qızının şikayəti təmin edilsin.
2. Hüseynli Zəhraxanım Nazim qızı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun məsləhətçi-müfəttişi vəzifəsinə uyğun hesab edilsin.
3. Apellyasiya Şurasının qərarı barədə Dövlət İmtahan Mərkəzi məlumatlandırılsın.
4. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Apellyasiya Şurasının Katibliyi bu Qərarın, əslinin həqiqi surəti formasında aidiyyəti üzrə göndərilməsini təmin etsin.