Müraciətlər

Nəsibli Ülvi Mətləb oğlu

Nəsibli Ülvi Mətləb oğlu 2021-ci il 23 iyul tarixində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Hüquqi təminat, insan resursları və sənədlərlə iş şöbəsinin müdiri vəzifəsinin tutulması üçün keçirilmiş ümumi müsahibə mərhələsində iştirak etmiş və müsahibənin nəticəsinə əsasən 13.7 bal toplayaraq barəsində vəzifəyə uyğun olmaması barədə qərar qəbul edilmişdir. Ü.Nəsibli nəticədən narazı qalaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Apellyasiya Şurasına müsahibə nəticəsinə yenidən baxılması üçün müraciət etmişdir.

Ü.Nəsibli ilə təşkil edilmiş ümumi müsahibə mərhələsinin videogörüntüsü diqqətlə izlənilmiş və suallara onun tərəfindən verilmiş cavablar təhlil edilmişdir. Sual və cavabların təhlili nəticəsində müəyyən edilmişdir ki, Ü.Nəsibli ilə keçirilmiş müsahibə zamanı o, kifayət qədər hazırlıqlı olmuş, cavablandırmaqda çətinlik çəkdiyi suallar isə azlıq təşkil etmişdir.

Qeyd olunanları, Apellyasiya Şurasının üzvlərinin və iclasa dəvət olunan şəxslərin rəylərini nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”nin 7.4.1-ci bəndini rəhbər tutub Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Apellyasiya Şurası

                                                              Qərara alır:
1. Nəsibli Ülvi Mətləb oğlunun şikayəti təmin edilsin.
2. Nəsibli Ülvi Mətləb oğlu Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Hüquqi təminat, insan resursları və sənədlərlə iş şöbəsinin müdiri vəzifəsinə uyğun hesab edilsin.
3. Apellyasiya Şurasının qərarı barədə Dövlət İmtahan Mərkəzi məlumatlandırılsın.
4. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Apellyasiya Şurasının Katibliyi bu Qərarın, əslinin həqiqi surəti formasında aidiyyəti üzrə göndərilməsini təmin etsin.