Müraciətlər

Haqverdiyev İlqar Həmid oğlu

Haqverdiyev İlqar Həmid oğlu 2021-ci il 22 iyul tarixində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəhbər müavini vəzifəsinin tutulması üçün keçirilmiş ümumi müsahibə mərhələsində iştirak etmiş və müsahibənin nəticəsinə əsasən 15.7 bal toplayaraq barəsində vəzifəyə uyğun olmaması barədə qərar qəbul edilmişdir. İ.Haqverdiyev nəticədən narazı qalaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Apellyasiya Şurasına müsahibə nəticəsinə yenidən baxılması üçün müraciət etmişdir.

İ.Haqverdiyev ilə təşkil edilmiş ümumi müsahibə mərhələsinin videogörüntüsü diqqətlə izlənilmiş və suallara onun tərəfindən verilmiş cavablar təhlil edilmişdir. Sual və cavabların təhlili nəticəsində müəyyən edilmişdir ki, İ.Haqverdiyev ilə keçirilmiş müsahibə zamanı o, kifayət qədər hazırlıqlı olmuş, cavablandırmaqda çətinlik çəkdiyi suallar isə azlıq təşkil etmişdir.

Qeyd olunanları, Apellyasiya Şurasının üzvlərinin və iclasa dəvət olunan şəxslərin rəylərini nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”nin 7.4.1-ci bəndini rəhbər tutub Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Apellyasiya Şurası

                                                    Qərara alır:

1. Haqverdiyev İlqar Həmid oğlunun şikayəti təmin edilsin.
2. Haqverdiyev İlqar Həmid oğlu Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəhbər müavini vəzifəsinə uyğun hesab edilsin.
3. Apellyasiya Şurasının qərarı barədə Dövlət İmtahan Mərkəzi məlumatlandırılsın.
4. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Apellyasiya Şurasının Katibliyi bu Qərarın, əslinin həqiqi surəti formasında aidiyyəti üzrə göndərilməsini təmin etsin.