Müraciətlər

Nəbizadə İlkin Nəbi oğlu

Göyçay rayon sakini Nəbizadə İlkin Nəbi oğlunun “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin qanunsuz hərəkətləri barədə” Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Apellyasiya Şurasına daxil olmuş şikayətinə Apellyasiya Şurasının iclasında baxılmışdır.

İ.Nəbiyevin şikayəti Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”nin 5.5-ci bəndinə əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti struktur bölməsində baxılmadan birbaşa Apellyasiya Şurasına daxil olduğuna görə, yəni təkrar şikayət olmadığına görə baxılması üçün aidiyyəti üzrə Ətraf Mühitin Mühafizəsi Departamentinə göndərilməsi barədə qərar qəbul edilmişdir.