Müraciətlər

Səmədov Kamran Məhəmməd oğlu

Dövlət qulluğuna qəbul üçün 2017-ci il 15 dekabr tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin Ətraf mühitin mühafizəsi sektorunun məsləhətçi-müfəttişi vəzifəsinə elan edilmiş  ümumi müsahibədə  iştirak etmiş namizəd Səmədov Kamran Məhəmməd oğlu müsahibə nəticəsindən narazı qalaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Apellyasiya Şurasına yenidən müsahibə təyin edilməsi və ya müsahibə nəticələrinə təkrar baxılması üçün müraciət etmişdir.

Bu məsələyə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Apellyasiya Şurasının iclasında baxılmış və Şuranın qərarı ilə Səmədov Kamran Məhəmməd oğlunun şikayəti qismən təmin edilmiş və onunla yenidən müsahibə təşkil edilməsi ilə bağlı qərar  qəbul edilmişdir.