Respublikanın çaylarında mövcud vəziyyət
28 Oktyabr 2019, 12:40
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan çox olmaqla normanın 110 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az və norma daxilində olmaqla 30-100 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az olmaqla 20-40 faizini təşkil edir.
Tranzit çaylarda faktiki vəziyyət
Oktyabrın 28-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 148 m3/s qeydə alınır ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 90 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 145 m3/s olmaqla, ongünlük normaya yaxın olub.
Oktyabrın 28-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 44 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 48 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 82 m3/s təşkil etməklə ongünlük normaya yaxın olub.
Oktyabrın 28-də Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 60 m3/s qeydə alınır ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 81 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 66 m3/s təşkil etməklə ongünlük normaya yaxın olmuşdur.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Oktyabrın 28-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 1 sm azalaraq 311 sm təşkil edib. Bu rəqəm 2018-ci il oktyabrın 28-də isə 359 sm olub. Şirvan məntəqəsində suyun səviyyəsi 4 sm azalaraq 123 sm qeydə alınıb. 2018-ci il oktyabrın 28-də isə bu rəqəm 197 sm təşkil edib. Salyanda suyun səviyyəsi dəyişməmiş və 54 sm olub. Məntəqədə suyun səviyyəsi 2018-ci ilin müvafiq dövründə 163 sm qeydə alınıb. Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 2 sm artaraq 16 sm müşahidə olunub. Bu rəqəm 2018-ci il oktyabrın 28-də isə 69 sm təşkil edib. Bankə məntəqəsində isə suyun səviyyəsi 1 sm azalaraq 135 sm təşkil edib, lakin 2018-ci il oktyabrın 28-də 179 sm qeydə alınıb.