İctimai Şuraya üzvlər seçilib
23 Oktyabr 2019, 17:45
22 oktyabr 2019-cu il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib. Tədbirdə vətəndaş cəmiyyətinin tanınmış təmsilçiləri və müstəqil ekspertlər iştirak edib.
Seçki prosesinin sonunda səsvermə qutusu açılıb və Seçki Komissiyasının üzvlərinin iştirakı, müşahidəçilərin nəzarəti altında səslər hesablanıb. Səsvermənin nəticələrinə əsasən namizədliyi irəli sürülmüş 40 təmsilçildən 15-i İctimai Şuranın üzvü seçilib.
1.Mirhəsən Seyidov - İrəli İctimai Birliyi
2.Rüfət Vəlizadə - Azərbaycan Skautlar Assosiasiyası
3.Məryəm Məcidova - Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası
4.Tural Məhərrəmov - Azərbaycan-Britaniya Məzunları İctimai Birliyi
5.İlqar Orucov - Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti
6.Amin Məmmədov - Sudan istifadə sahəsində mütəxəssislər İctimai Birliyi
7.Mələk Şükürova - Qafqaz REM
8.Rövşən Abbasov - Sağlam həyata doğru Ekoloji İctimai Birliyi
9.Firuzə Sultan-zadə-Ekosfera İctimai Birliyi
10.Sevil İsayeva - Ekolex-Azərbaycan Hüquq Mərkəzi
11. Fəridə Hüseynova - Azərbaycan Yaşıllar Hərəkatı
12.Azər Qarayev - Azərbaycan Heyvanların Mühafizə Cəmiyyəti
13.Telman Zeynalov - Ekoloji Proqnoz Milli Mərkəzi
14.Nəzakət İsayeva - İDEA İctimai Birliyi
15.Elşad Əsgərov - Azərbaycan Zooloqlar Cəmiyyəti”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında fəaliyyət göstərən və vətəndaş cəmiyyəti təmsilçiləri üçün açıq olan İctimai Şura respublikada həlli vacib olan ekoloji problemlərin aradan qaldırılması, ictimaiyyətin, qeyri-hökumət təşkilatlarının iştirakı ilə bu sahədə birgə təkliflərin hazırlanması, müzakirə edilməsi və effektivliyin təmin olunması məqsədilə yaradılıb.