Xəbərlər

İy-qoxunun səbəbi məlum olub

23 Oktyabr 2019, 17:40

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Sumqayıt şəhəri Xəzər bağları massivində ətrafa iy-qoxunun yayılması ilə bağlı daxil olan şikayət Nazirliyin  əməkdaşları tərəfindən yerində araşdırılıb.
Araşdırma zamanı iy-qoxunun Xəzər bağları ilə Xəzər dənizi arasındakı qamışlıq sahədə səhər saatlarında baş verən yanğın nəticəsində ətrafa yayıldığı məlum olub. Bunu jurnalistlərə açıqlamasında 4 saylı Regional ekologiya idarəsinin rəisi Mübariz Vəliyev bildirib.
“Yanğının hansı səbəbdən baş verdiyi aidiyyəti qurumlar tərəfindən araşdırılır”.