Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
27 Fevral 2014, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 150-200, Kiçik Qafqazın çaylarında 120, Lənkəran-Astara bölgəsi çaylarında 30-70, Naxçıvan MR çaylarında isə 40 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Fevralın 27-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 150 m3/s olmaqla ongünlük normanın 77 faizini təşkil edir. 2013-cü ildə bu göstərici bir qədər çox olmaqla 153 m3/s və ongünlük normanın 79 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 45 m3/s olmaqla, ongünlük normanın 59 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici bir qədər çox olmaqla 63 m3/s təşkil edərək ongünlük normanın 83 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Fevralın 27-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 20, Salyanda 40, Araz çayının Novruzlu məntəqəsində 10 sm azalma müşahidə olunub. Surrada və Bankədə isə suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 318 sm (2013-cü il fevralın 27-də 420 sm), Şirvanda 153 sm (2013-cü il fevralın 27-də 303 sm), Salyanda 130 sm (2013-cü il fevralın 27-də 293 sm), Bankədə 177 sm (2013-cü il fevralın 27-də 245 sm), Araz çayının Novruzlu məntəqəsində isə 70 sm (2013-cü il fevralın 27-də 201 sm) təşkil edir.