Ağdaş sakini: Hamımız 650 min ağac əkilməsi təşəbbüsünə qoşulmuşuq (AZƏRTAC)
17 Oktyabr 2019, 18:40
Ağdaş aran bölgəsidir. Bizim üçün hər bir ağacın dəyəri var. Birinci vitse-prezidentimiz Mehriban Əliyevanın böyük şairimiz İmadəddin Nəsiminin 650 illiyi münasibətilə bir gündə 650 min ağac əkilməsi təşəbbüsü bütün ağdaşlılar kimi, bizim Qulbəndə kəndinin sakinləri tərəfindən də rəğbətlə qarşılanıb və hamımız bu təşəbbüsə qoşulmuşuq.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə Ağdaşın Qulbəndə bələdiyyəsinin sədri Almaz Salehova deyib.
O, noyabr ayında keçiriləcək bu nəcib təşəbbüsə hazırlaşdıqlarını vurğulayaraq bildirib ki, əkiləcək ərazilərin suvarma suyu ilə təminatı da nəzərə alınır: “Kəndimizin sakinləri kampaniyanın keçiriləcəyi günü gözləyirlər. Əkdiyimiz ağaclara qulluq göstərmək, mal-qaradan mühafizə etmək üçün lazımi tədbirlər də nəzərə alınacaq”.