Xəbərlər

Ekologiya və Təbii Sərvətlər naziri və nazir müavinləri vətəndaşları qəbul edəcək

14 Oktyabr 2019, 16:00

Prezident İlham Əliyevin vətəndaşların təklif, irad və şikayətləri ilə yerində tanış olmaq üçün mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq Ekologiya və Təbii Sərvətlər naziri Muxtar  Babayev  24 oktyabr  2019-cu il tarixində saat 10:00-da Mingəçevir  şəhərinin və Yevlax rayonunun vətəndaşlarını Mingəçevir  şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Mingəçevir şəhəri, 20 yanvar  küçəsi 172) qəbul edəcək.
24 oktyabr  2019-cu il tarixində, həmçinin Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev Naftalan şəhərinin və Goranboy rayonunun, nazir müavini Rauf Hacıyev isə Ağdaş rayonunun vətəndaşları ilə görüşəcək.
Vətəndaşların qəbulu Naftalan şəhərində Heydər Əliyev Mərkəzində (ünvan: Naftalan şəhəri, Şıxəli Qurbanov 1), Ağdaş rayonunda isə Yeni Azərbaycan  Partiyasının inzibati binasında (ünvan: Ağdaş şəhəri, Heydər Əliyev prospekti 3) saat 10:00-da keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün info@eco.gov.az və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Nazirliyin 168 saylı “Qaynar xətt”i, həmçinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (ünvan: Mingəçevir şəhəri, Müslüm Maqomayev küçəsi 71) ilə əlaqə saxlamaları (əlaqə telefonları: 024-27-4-68-98, 050-412-52-46, 055-457-02-56) xahiş olunur.