Respublikanın çaylarında mövcud vəziyyət
07 Oktyabr 2019, 11:25
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normaya yaxın olmaqla normanın 80 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az və normadan çox olmaqla 30-110 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az və normaya yaxın olmaqla 30-80 faizini təşkil edir.
Tranzit çaylarda faktiki vəziyyət
Oktyabrın 7-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 143 m3/s qeydə alınır ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 88 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 150 m3/s olmaqla, ongünlük normaya yaxın olub.
Oktyabrın 7-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 55 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 58 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 82 m3/s təşkil etməklə ongünlük normaya yaxın olub.
Oktyabrın 7-də Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 49 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 73 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 66 m3/s təşkil etməklə ongünlük normaya yaxın olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Oktyabrın 7-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 7 sm artaraq 322 sm təşkil edib. Bu rəqəm 2018-ci il oktyabrın 7-də isə 333 sm olub. Şirvan məntəqəsində suyun səviyyəsi 4 sm artaraq 145 sm qeydə alınıb. 2018-ci il oktyabrın 7-də isə bu rəqəm 192 sm təşkil edib. Salyanda suyun səviyyəsi 1 sm azalıb və 83 sm olub. Məntəqədə suyun səviyyəsi 2018-ci ilin müvafiq dövründə 144 sm qeydə alınıb. Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 1 sm artaraq 19 sm müşahidə olunub. Bu rəqəm 2018-ci il oktyabrın 7-də isə 39 sm təşkil edib. Bankə məntəqəsində isə suyun səviyyəsi 4 sm azalaraq 141 sm təşkil edib, lakin 2018-ci il oktyabrın 7-də 172 sm qeydə alınıb.