Xəbərlər

Umayra Tağıyeva: "Havanın temperaturu iqlim norması daxilində tərəddüd edir"

02 Oktyabr 2019, 16:50

Payız fəslinin ikinci ayı, oktyabr nisbətən mülayim, bəzi rayonlarda az yağışlı hava şəraiti ilə başladı. Bunu jurnalistlərə açıqlamasında  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.
O bildirib ki, havanın temperaturu iqlim norması daxilində tərəddüd edir. Yaxın günlərdə də komfort temperature şəraiti və əsasən mülayim külək gözlənilir ki, bu da xoş əhval yaradacaq. Ayın 7-dək cənub-şərq, cənub küləyi əsəcək, küləyin sürəti 8-13 m/s təşkil edəcək. Temperatur  24-27 dərəcəyə yaxın olacaq. Havanın əsasən yağmursuz keçəcəyi, lakin oktyabrın 4-dən 5-nə keçən gecə bəzi yerlərdə yağış ehtimalı var.                    
Əksər rayonlarda əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, axşam saatlarında bəzi şimal rayonlarında və Lənkəran-Astara bölgəsində yağış yağacağı gözlənilir.  Havanın temperaturu Aran rayonlarında 25-30, dağlıq rayonlarda 15-20 dərəcə isti təşkil edəcək.
Çoxillik meteoroloji müşahidələrə görə bu gün üçün ən yüksək temperatur Bakıda qeydə alınıb 2012-ci ildə, 30,5 dərəcə isti , ən aşağı isə 1941-ci ilə 8,1 isti.