Respublikanın çaylarında mövcud vəziyyət
30 Sentyabr 2019, 12:50
Respublikanın çaylarında mövcud vəziyyət
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə ötən günlər ərzində bəzi yerlərdə yağan leysan xarakterli yağış nəticəsində respublikanın əsasən Lənkəran-Astara bölgəsi ərazisindən axan bəzi çaylarda sululuğun artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normaya yaxın olmaqla normanın 90 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az və normadan çox olmaqla 40-130 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az və normadan çox olmaqla 70-170 faizini təşkil edir.
Tranzit çaylarda faktiki vəziyyət
Sentyabrın 30-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 138 m3/s qeydə alınır ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 99 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 151 m3/s olmaqla, ongünlük normadan çox olub.
Sentyabrın 30-da Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 61 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 63 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 69 m3/s təşkil etməklə ongünlük normadan az olub.
Sentyabrın 30-da Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 47 m3/s qeydə alınır ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 80 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 63 m3/s təşkil etməklə ongünlük normdan çox olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Sentyabrın 30-da Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 9 sm azalaraq 318 sm təşkil edib. Bu rəqəm 2018-ci il sentyabrın 30-da isə 335 sm olub. Şirvan məntəqəsində suyun səviyyəsi 20 sm azalaraq 173 sm qeydə alınıb. 2018-ci il sentyabrın 30-da isə bu rəqəm 213 sm təşkil edib. Salyanda suyun səviyyəsi 10 sm azalıb və 103 sm olub. Məntəqədə suyun səviyyəsi 2018-ci ilin müvafiq dövründə 177 sm qeydə alınıb. Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 5 sm azalaraq 20 sm müşahidə olunub. Bu rəqəm 2018-ci il sentyabrın 30-da isə 40 sm təşkil edib. Bankə məntəqəsində isə suyun səviyyəsi 9 sm azalaraq 155 sm təşkil edib, lakin 2018-ci il sentyabrın 30-da 189 sm qeydə alınıb.