Xəbərlər

Respublikanın çaylarında mövcud vəziyyət

27 Sentyabr 2019, 17:20

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük norma daxilində olmaqla normanın 100 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az və normadan çox olmaqla 40-130 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az və normadan çox olmaqla  50-130 faizini təşkil edir.
Tranzit çaylarda faktiki vəziyyət
Sentyabrın 27-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm artım müşahidə olub. Hazırda məntəqədə su sərfi 125 m3/s qeydə alınır ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 90 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 140 m3/s olmaqla, ongünlük normadan çox olub.
Sentyabrın 27-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olub. Hazırda məntəqədə su sərfi 58 m3/s qeydə alınır ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 84 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 69 m3/s təşkil etməklə ongünlük normadan az olub.
Sentyabrın 27-də Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 44 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 75 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 65 m3/s təşkil etməklə ongünlük normadan çox olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Sentyabrın 27-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 10 sm azalaraq 340 sm təşkil edib. Bu rəqəm 2018-ci il sentyabrın 27-də isə 321 sm olub. Şirvan məntəqəsində suyun səviyyəsi 2 sm azalaraq 223 sm qeydə alınıb. 2018-ci il sentyabrın 27-də isə bu rəqəm 213 sm təşkil edib. Salyanda suyun səviyyəsi 13 sm azalıb və 145 sm olub. Məntəqədə suyun səviyyəsi 2018-ci ilin müvafiq dövründə 173 sm qeydə alınıb. Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 2 sm azalaraq 78 sm müşahidə olunub. Bu rəqəm 2018-ci il sentyabrın 27-də isə 35 sm təşkil edib. Bankə məntəqəsində isə suyun səviyyəsi 1 sm artaraq 168 sm təşkil edib, lakin 2018-ci il sentyabrın 27-də 207 sm qeydə alınıb.