Bazardüzü-Şahdağ- Tufandağ yüksək dağlıq ərazinin hidrometeoroloji şəraitinə aid ilk elmi hesabat hazırlanmışdır
21 Fevral 2014, 00:00
Yüksək dağlıq ekosistemlərin hidrometeoroloji və ekoloji şəraitini öyrənmək məqsədilə ölkə Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2008-ci il tarixli Sərəncamı ilə yaradılmış "Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzi"nin sistematik müşahidə,
2011-2013- cü illərdə Tufandağ buzlağında aparılan buzlaq ekspedisiya, habelə peyk məlumatlarının təhlili əsasında elmi hesabat hazırlanmışdır. Bu hesabat rеаl müşahidə məlumatlarına əsaslanmaqla Azərbaycanın yüksək dağlıq ərazilərinin hidrometeoroloji şəraitinə aid respublikada yerinə yetirilimiş ilk elmi hesabatdır.
Hesabatda meteoroloji parametrlərin, o cümlədən temperaturun, yağıntının, küləyin, təzyiqin, həmçinin rütubətin maksimal, minimal və orta çoxillik göstəricilərinin statistik təhlilləri aparılmış, onların ildaxili və çoxillik rejim dəyişkənliyi öyrənilmişdir. Eyni zamanda hesabatda Qusarçayın ilkin qida mənbələrini təşkil edən çayların axımı üzərində aparılan müşahidələrin nəticələri öz əksini tapmışdır.
Elmi hesabatda 2011-2013-cü illərdə Tufandağ buzlağında aparılan çöl tədqiqat işlərinin nəticələri, buzlaqların hidromorfoloji təhlili, buzlaqların kütlə balansında dəyişmələrin qiymətləndirilməsi xüsusi yer tutur. Bunun üçün eyni zamanda 1984, 2000 və 2011-ci illərin peyk məlumatlarından, şəkillərdən istifadə olunmuşdur.
Elmi hesabatın dördüncü fəsli, öyrənilən ərazinin dünyanın müvafiq yüksək dağlıq ərazilərinin hidrometeoroloji şəraiti ilə müqayisəli təhlilinə həsr edilmiş, müvafiq paralellər aparılmışdır.
Hesabatın sonunda alınmış vacib nəticələr qeyd olunmuş və təkliflər verilmişdir.