Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

21 Fevral 2014, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 140-200, Kiçik Qafqazın çaylarında 120, Lənkəran-Astara bölgəsi çaylarında 40-60, Naxçıvan MR çaylarında isə 40 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Fevralın 21-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 27 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 205 m3/s olmaqla ongünlük normanın 106 faizini təşkil edir. 2013-cü ildə bu göstərici bir qədər az olmaqla 153 m3/s və ongünlük normanın 79 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 45 m3/s olmaqla, ongünlük normanın 59 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici bir qədər çox olmaqla 64 m3/s təşkil edərək ongünlük normanın 84 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət
Fevralın 21-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 9, Salyanda 10, Bankədə 11 sm azalma, Surrada 1, Araz çayının Novruzlu məntəqəsində 8 sm artım müşahidə olunub.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 342 sm (2013-cü il fevralın 21-də 418 sm), Şirvanda 188 sm (2013-cü il fevralın 21-də 303 sm), Salyanda 180 sm (2013-cü il fevralın 21-də 280 sm), Bankədə 191 sm (2013-cü il fevralın 21-də 243 sm), Araz çayının Novruzlu məntəqəsində isə 107 sm (2013-cü il fevralın 21-də 200 sm) təşkil edir.