Növbəti sahilyanı təmizlik aksiyası keçirilib
14 Sentyabr 2019, 13:00
Çimərlik mövsümünün bitməsi ilə əlaqədar sentyabrın 14-də IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər Fondu, “TəmizŞəhər” ASC və Bakı Nəqliyyat Agentliyinin birgə təşkilatçılığı ilənövbəti sahilyanı təmizlik aksiyası keçirilib.
“Beynəlxalq Sahilyanı Təmizlik Günü”nə həsr olunan aksiya Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Buzovna qəsəbəsindəki ictimai çimərlikdə təşkil olunub. Aksiyada 400 nəfərdən çox könüllü gənc
iştirak edib və 3 tona yaxın tullantı toplanıb.
Tədbirin keçirilməsində məqsəd dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və gəncləri dəniz ətraf mühitinin mühafizəsi sahəsində mübarizəyə cəlb etməkdir.