Xəbərlər

Respublikanın çaylarında mövcud vəziyyət

13 Sentyabr 2019, 17:20

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan çox olmaqla normanın 160 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az və normadan çox olmaqla 50-150 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az və normaya yaxın olmaqla  20-80 faizini təşkil edir.
Tranzit çaylarda faktiki vəziyyət
Sentyabrın 13-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 12 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 141 m3/s qeydə alınır ki, bu da ongünlük normadan çox olmaqla normanın 101 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 130 m3/s olmaqla, ongünlük normaya yaxın olub.
Sentyabrın 13-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 74 m3/s qeydə alınır ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 82 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 68 m3/s təşkil etməklə ongünlük normadan az olub.
Sentyabrın 13-də Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 42 m3/s qeydə alınır ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 77 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 56 m3/s təşkil etməklə ongünlük normadan çox olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Sentyabrın 13-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 6 sm azalaraq 368 sm təşkil edib. Bu rəqəm 2018-ci il sentyabrın 13-də isə 326 sm olub. Şirvan məntəqəsində suyun səviyyəsi 16 sm artaraq 213 sm qeydə alınıb. 2018-ci il sentyabrın 13-də isə bu rəqəm 195 sm təşkil edib. Salyanda suyun səviyyəsi 9 sm artıb və 202 sm olub. Məntəqədə suyun səviyyəsi 2018-ci ilin müvafiq dövründə 155 sm qeydə alınıb. Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 2 sm artaraq 72 sm müşahidə olunub. Bu rəqəm 2018-ci il sentyabrın 13-də isə 29 sm təşkil edib. Bankə məntəqəsində isə suyun səviyyəsi 10 sm artaraq 187 sm təşkil edib, lakin 2018-ci il sentyabrın 13-də 189 sm qeydə alınıb.