Ekologiya və Təbii Sərvətlər naziri və nazir müavinləri vətəndaşları qəbul edəcək
13 Sentyabr 2019, 13:05
Prezident İlham Əliyevin vətəndaşların təklif, irad və şikayətləri ilə yerində tanış olmaq üçün mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev 27 sentyabr 2019-cu il tarixində saat 10:00-da Qax rayonunun vətəndaşlarını Qax şəhəri Heydər Əliyev Mərkəzində (ünvan: Qax şəhəri, N.Nərimanov küçəsi 4) qəbul edəcək.
27 sentyabr 2019-cu il tarixində, həmçinin Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev Balakən rayonunda, nazir müavini Rauf Hacıyev isə Zaqatala rayonunda vətəndaşlarla görüşəcək.
Vətəndaşların qəbulu Balakən rayonunda Balakən meşəbəyliyinin inzibati binasında (ünvan: Balakən şəhəri, Heydər Əliyev prospekti 75), Zaqatala rayonunda isə Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzinin inzibati binasında (ünvan: Zaqatala şəhəri, Nizami küçəsi 40) saat 10:00-da keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün info@eco.gov.az və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Nazirliyin 168 saylı “Qaynar xətt”i, həmçinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (ünvan: Şəki şəhəri, Sabit Rəhman küçəsi 271) ilə əlaqə saxlamaları (əlaqə telefonları: 024-4-43-06, 050-704-00-14, 055-474-77-97) xahiş olunur.