Xəbərlər

Respublikanın çaylarında mövcud vəziyyət

09 Sentyabr 2019, 12:30

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə ölkə ərazisində yağan yağış nəticəsində respublikanın əksər çaylarında sululuğun artımı müşahidə olunmuş, sentyabrın 7-də isə yağan intensiv yağış nəticəsində Gorançaydan qısamüddətli daşqın keçib. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan çox olmaqla normanın 150 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan çox olmaqla 60-180 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan çox olmaqla  160-260 faizini təşkil edir.
Tranzit çaylarda faktiki vəziyyət
Sentyabrın 9-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 14 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 131 m3/s qeydə alınır ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 107 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 85 m3/s olmaqla, ongünlük normadan az olub.
Sentyabrın 9-da Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 17 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 55,0 m3/s qeydə alınır ki, bu da ongünlük normadan çox olmaqla normanın 75 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 71 m3/s təşkil etməklə ongünlük normaya yaxın  olub.
Sentyabrın 9-da Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 40 m3/s qeydə alınır ki, bu da ongünlük normaya çox olmaqla normanın 89 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 54 m3/s təşkil etməklə ongünlük normadan çox olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Sentyabrın 9-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 3 sm artaraq 356 sm təşkil edib. Bu rəqəm 2018-ci il sentyabrın 9-da isə 339 sm olub. Şirvan məntəqəsində suyun səviyyəsi 8 sm artaraq 151 sm qeydə alınıb. 2018-ci il sentyabrın 9-da isə bu rəqəm 191 sm təşkil edib. Salyanda suyun səviyyəsi 8 sm artıb və 151 sm olub. Məntəqədə suyun səviyyəsi 2018-ci ilin müvafiq dövründə 133 sm qeydə alınıb. Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 10 sm artaraq 65 sm müşahidə olunub. Bu rəqəm 2018-ci il sentyabrın 9-da isə 32 sm təşkil edib. Bankə məntəqəsində isə suyun səviyyəsi 11 sm azalaraq 169 sm təşkil edib, lakin 2018-ci il sentyabrın 9-da 182 sm qeydə alınıb.