Xəbərlər

Ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyəti araşdırılıb

20 Fevral 2014, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 2014-cü ilin 01-15 fevral tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.
Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 252 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 70 müddətli “məcburi göstəriş” verilib.
Ümumilikdə, 53 iş üzrə 102350 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 19 iş üzrə 7759.88 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 215 iş üzrə 297450.99 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 7, icra qurumlarına 25, məhkəmələrə isə 2 iş göndərilib.