Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Salyan şəhərində vətəndaşlarla görüşüb
19 Fevral 2014, 00:00
19 fevral 2014-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Salyan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Salyan, Biləsuvar, Neftçala, Hacıqabul rayonlarında və Şirvan şəhərində yaşayan vətəndaşları qəbul edib.
Nazirliyin məsul işçilərinin - idarə və departamentlərin, həmçinin tabeli qurumların rəhbərlərinin iştirak etdiyi qəbulda Nazirliyin fəaliyyəti, ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, geologiya, hidrometeorologiya, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı 50-dən çox vətəndaşın şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb.
Qəbula yazılmış vətəndaşları diqqətlə dinləyən nazir səslənən bütün müraciət, şikayət, xahiş və təkliflərin nəzərdən keçiriləcəyini, narazılığa səbəb olan halların aradan qaldırılacağını, hər bir vətəndaşın müraciətinin obyektiv və ədalətli şəkildə araşdırılaraq onların həlli yönündə zəruri addımların atılacağını bildirib. Bölgə vətəndaşlarını narahat edən məsələlərin bir qismi elə yerindəcə həllini tapıb və müraciətlərin operativ həlli üçün zəruri tədbirlərin görülməsi təmin edilib.
Eyni zamanda, ekoloji qanun pozuntularına qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması, habelə vətəndaşların müraciətlərinə obyektiv baxılması və onların qəbulu işinin düzgün təşkili ilə bağlı nazirliyin əlaqədar struktur qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verilib.
Ayrı-ayrı vətəndaşların Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.